TV SPOT

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930

Xəbər bülleteni

Xəbər bülleteninə abunə olun:

Səsvermə: Sorğu 01

İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?

Parlament Assambleyası

image

Parlament Assambleyası Avropa Şurasının iki əsas orqanından biri sayılır və üzv dövlətlərin əsas siyasi tendensiyalarını təmsil edir. Assambleya, Avropa əməkdaşlığı ideyasını Avropa boyu bütün demokratiyalara yayamaqda həlledici rol oynayır.

Avropamım demokrarik vicdanı
Avropa Şurası Parlament Assambleyası Avropa qitəsində tarixən təsis olunan ilk Avropa Assambleyasıdır. O, həmçinin özündə 46 milli parlament nümayəndlərini ətrafında toplayaraq ən geniş toplanı qurumu sayılır.

Assambleya öz gündəliyini qəbul edir və gündəlikdə əsasən cari sosial problemlər və beynəlxalq siyasətin aspektləri daxil olmaqla, aktula məsəəllərin müzakirəsi öz əksini tapır.

Assambleyanın müzakirələri Şuranın Nazirlər Komitəsini və hökumətlərarası sektorlara mühüm ali prinsiplər ilə təmin edir və onlar üzv dövlətləri pnları öz milli parlamentlərinə göndərərkən hökumətlərə təsir edir.

1990-cı illərin əvvəllərində mərkəzi və şərqi Avropada baş verən tarixi hadisələr, Assambleyanı bu regionda yerləşən dövlətləri Avropa demokratiyalarına doğru cəlb etmək və Avropa xalqları arasında aprlament əməkdaşlığını təmin etmək məqsədini qoymuşdu. Bununla da, Assambleya ayrılma meyyləri olmadan Avropanı qurulmasına öz töhfəsini verib. 

Parlament Assambleyası 1989-cu ildə xüsusi qonaq statusunu təsis etdi. Bu isə öz növbəsində pluralist demokratiyadan yaranan parlament nümayəndə heyətlərinə Avropa Şurasına üzv olmayaraq Assambleyanın plenar sessiyalarında və komitə iclasılarında iştirak etmək imkanını qazandırdı. Bu əlaqələr və qarşılıqlı mübadilələr bu dövlətlərdə demokratikləşmə prosesini gücləndirdi və onların Avropa Şurasına üzv olmalarını təmin etdi.

Strukturu və təşkili: Avropa demokratiyalarının əksi
Parlament Assambleyası üzv dövlətlərin milli parlamentləri tərəfindən təyin olunan 315 üzvdən və əvəzedicilərdən ibarətdir. Hər bir ölkə əhalisnin sayından asılı olaraq 2-dən 18-dək nümayəndə ilə təmsil oluna bilər. Nümayəndə heyətləri özlərini parlament siyasi partiya və qruplarının ədalətli qaydada təmisl olunmasını həyata keçirməlidir.

Assambleya beş siyasi qrupdan ibarətdir: Sosialistlər Qrupu (SOC), Avropa Xalqlar Partiyası Qrupu (EPP/CD), Liberal, Demokra və İslahataçılar Qrupu (LDR), Avropa Demokratik Qrupu (EDG) və Birləşmiş Avropa Solları Qrupu (UEL). Bəzi üzvlər heç bir isyasi qrupa üzv olmamaqa dair qərar verməkdə azaddır.

Assambleya, Strasbuqrdakı Avropa Sarayının Palatasında ildə dördə dəfə olaraq bir həftə davam edən plenar sessiyasını keçirir. Sessiyaalar ictimaiyyətə açıq olur. Assambleya həmçinin üzv dövlətlərin birində özünün yaz iclasını keçirir.

Assambleya ardıcıl bir il olmaqla üç il müddətinə üzvləri sırasında öz prezidentini seçir. Prezident, Vitse-Prezidentlər (hazırda 19 ), beş siyasi qrupun və on komitənin Sədrləri Assambleyanın Bürosunu təşkil edirlər.


Assambleya həmçinin Avropa Şurasının Baş Katibini, Baş Katibin müavinini, Assambleyanın Baş Katibini, Avropa İnsan Hüqualrı Məhkəməsinin hakimlərini və Avropa Şurasının İnsan Hüquları üzrə Kommisarını seçir.

Assambleyanın işi aşağıda qeyd olunan xüsusiləşmiş komitələr tərəfindən hazırlanır: siyasi məsələlər, hüquqi məsələlr və insan hüquqları, sosial, səhiyyə və ailə məsələləri, mədəniyyət, elm, təhsil, ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər, iqtisadi məsələlr və inkişaf, miqrasiya, qaçqınlar və əhali; kişi və qadınlara bərabər imkanlar, prosedur və immunitet qaydaları və üzv dövlətlər tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi.


Avropa və beynəlxalq hadisələr üzrə müzakirələr

Hər bir sessiyanın gündəliyi özündə Avropa və beynəlxalq hadisələr üzrə müzakirələri əks etdirir. Assambleya xüsusilə Avropa səviyyəsində atıla biləcək addımlar üzrə məsələlərə üstünlük verir. Tanınmiş mənsəb sahibləri, dövlət başçıları bu müzakirələrdə iştirak ediblər (Roma Papası Yohann pavel II, Mixail Qorbaçov, Viktor Yuşenko və başqaları).

Assambleya həmçinin OECD, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və BMT-nin bəzi ixtisaslaşmış qurumları kimi digər beynəlxalq təşkilatlar üçün forum qismində çıxış edir.

Qeyri-hökumət təşkialtları bəzi komitələrdə müşahidəçi qismində itirak edir və Assambleya tərəfindən hazırlanan mühüm tədbirlərə özünün dəyərli töhfəsini verir.

Təşəbbüslər və nəticələr

Assambleya 1989-cu ildən bəri Avropada böhran vəziyyətləriin idarə olunmasında aktiv rol oynayıb. Assambelya yerlrə səfər etməklə əldə etdiyi məlumatlar əsasında müzakirələr aparır və müvafiq dövlətlər ilə dialoq həyata keçririr ki, bu da öz növbəsində Şuranın siyasi rolunun artmasına gətirib çıxarıb.

Assambleyanın qəbul etdiyi sənədlər Nazirlər Komitəsi, milli hökumətlər, parlamentlər, siyasi aprtiyalar və cəmiyyətin digər mühüm sahələri üçün faydalı istinad mənbəyi rolunu oynayır. Assambleya həmçinin bir çox beynəlxalq müqavilələr və digər hüquqi vasitələr hazırlamaqla (Avropa Konvensiyaları) həqiqi Avropa qanunvericilik siteminin əsasını qoyub.

Bu sənədlərdən ən tanınanı 1950 – ci ildə imzalanmaq üçün açıq élan olunan Avropa İnsan Hüqualrı Konvensiyasıdır (bax: “İnsan Hüquqları: qorunması, təmini və qarşısının alınması” sektoru). Nazirlər Komitəsi konvensiya layihələrini qəbul etməzdən əvvəl Assambleya ilə məsləhətləşmələr aparır.

 Assambleya zorakılıq, dözümsüzlük, ətraf mühit, immiqrasiya, narkotiklər, bioetika və media kimi mühüm məsələlər üzrə mütamadi konfranslar, simpoziyalar və ictimai parlament dinləmələri keçirir. O, parlamentarilər və mütəxəssislər arasında dialoq təşkil edir.

Parlament əməkdaşlığının qurulması

Assambleya üzv olan və üzv olmayan dövlətlərin milli parlamentləri, beynəlxalq parlament assambleyaları və hökumətlərarası təşkilatlar ilə əlaqələrə malidkir. Bu əlaqələr Assambleyanın Bürosu tətəfindən idarə olunur.

Milli parlamentlər ilə əlaqələr üzvlük, xüsusi qonaq və müşahidəçi stausu tələbləri ilə bağlı olur. Assambleya həmçinin Avropa Parlamenti, Qərbi Avropa İttifaqı, ATƏT-in Parlament Assambleyası, Parlamentlərarası İttifaq, Benelüks, Şimal Şurası, PABSEK və MDB kimi digər beynəlxalq parlament assambleyaları ilə əlaqələrə malikdir. 
Gələcək
Parlament Assambleyası 50 il bundan öncə təsis olunduğundan bəri çevik fəaliyyət göstərib. Xüsusilə də, o son illərdə baş verən dramatik dəyişikliklərə uyğunlaşıb. Heç bir beynəlxalq parlament forumu mərkəzi və şərqi Avropadakı yeni demokratiyaları Avropa xalqları ailəsinə inteqrasiya Parlament Assambleyasındakı vasitələrə malik olmayıb. Assambleya üzvlərinin eyni zamanda onların milli parlamentlərinin üzvləri olması faktı əlverişlidir. Bu hal Assambleyanı milli siyasətlə daha yaxından taniş olmağa imkan verir.
Parlament Assambleyası namizdə dövlətlərin üzvlüyə hazırlamaqda əsas rol oynayır. O, inkişaf etməkdə olan demokratiyaları dəstəkləyir və onların üzərinə götürdükləri öhdəliklərin yerinə yetirməsinə nəzarət edir. 
Fərq nədədir?
Parlament Assambleyası Avropa Şurasının 46 üzv dövlətinin milli parlament üzvlərindən ibarətdir
Avropa Parlamenti Avropa İttifaqının 25 üzv dövləti tərəfindən birbaşa seçilən nümayəndələrdən ibarətdir.

Üzv dövlətlər və təmsil olunduqları nümayəndələrin sayı
Albaniya (4), Andora (2), Ermənistan (4), Avstriya (6), Azərbaycan (6), Belçika (7), Bosniya və Herseqovina (5), Bolqarıstan (6), Xorvatiya (5), Kipr (3), Çex Respublikası (7), Danimarka (5), Estoniya (3), Finlandiya (5), Fransa (18), Gürcüstan (5), Almaniya (18), Yunanıstan (7), Macarıstan (7), Islandiya (3), Irlandiya(4), Italiya (18), Latviya (3), Lixtenşteyn (2), Litva (4), Lüksemburq (3), Malta (3), Moldova (5), Monako (2), Niderland (7), Norveç (5), Polşa (12), Portuqaliya (7), Rumıniya(10), Rusiya Federasiyası (18), San Marino (2), Serbia və Çernoqoriya (7), Slovakiya Respublikası (5), Sloveniya (3), İspaniya (12), İsveç (6), İsveçrə (6), “Keçmiş Yuqoslav Respublikası Makedoniya“ (3), Türkiyə(12), Ukrayna (12), Böyük Britaniya (18).

Müşahidəçi statusu
Kanada, İsrail və Meksikanın parlamentləri Parlament Assambleyası yanında müşahidəçi statusuna malikdilər.

Xüsusi qonaq statusu
Belarus Parlamentinin xüsusi qonaq statusu 1997-ci ilin 13 Yanvar tarixində dayandırılıb. 

İnternet səhifəsi
http://assembly.coe.int

 
Elanlar

Kampaniyalar
Powered By WebStudio.Az