Yerli və regional demokratiya: daha geniş azadlıq vasitələri
Avropa Şurası 1957-ci ildə ilk dəfə olaraq yerli hakimiyyətlər ilə bağlı ilk addımını atdı və və o vaxtdan bəri onun fəaliyyət dairəsi İslandiyadan Rusiya Fedrasiyasına, Norveçdən balkanlara qədər genişlənib. Balkans.
Avropa Şurası 1994-cü ildə, keçmiş Avropa Yerli və Regional Hakimiyyətlər Daimi Konfransını əvəz edən Yerli və Regional Hakimiyyətlər Konqresini təsis etdi. Konqres Avropa Şurası Nazirlər Komitəsinin Nizamnamə Qətnaməsi (2000) 1 əsasında fəaliyyət göstərir.
Konqresin rolu
Konqres:
- Avropa Şurasında Avropa region və bələdiyyələrininh səsidir;
- Yerli və Regional səviyyələrdə seçilən nümayəndələr üçün ümumi problemləri müzakirə etmək, təcrübələri ilə bölüşmək və öz nöqteyi-nəzərlərini hökumətlərə çatdırmaq üçün forum qismində fəaliyyət göstərir;
- Yerli və Regional siyasət məsələlri ilə bağlı Nazirlər Komitəsinə və Parlament Assambleyasına tövsiyələr verir;
- yerli və regional hökumətləri təmsil edən milli və beynəlxalq təşkilatlar ilə yaxından əməkdaşlıq edir;
- iştirakı işləyən demokratiyada vacib olan ictimaiyyətin biliyini artırmaq məqsədilə yerli və regional səviyyələrdə dinləmələr və konfranslar təşkil edir;
- Avropa Şurasının bütün üzv dövlətlərində yerli və regional demokratiyanın vəziyyətinə dair ölkələr üzrə mütamadi hesabatlar hazırlayır;
- Avropa Yerli Özünüidarəetmə Xartiyasının yerinə yetirilməsini nəzaərt edir;
- Yeni üzv dövlətlərə effektiv yerli və regional özünüidarəetmə təşkili istiqamətindəki irəliləyişlərin praktiki aspektləri ilə bağlı yardım edir.
Yeni reallıqlar, yeni məqsədlər
Müxtəlif siyasi və iqtisadi quruluşa malik yeni dövlətlərin yaranması Konqresi öz məqsədlərini yenidən nəzrdən keçirməyə və aşağıdakıları yenidən formalaşdırmağa vadar etdi:
- Avropa Şurasının xüsusilə yeni demokratiyaya malik bütün dövlətlərində effektiv yerli və regional hakimiyyət strukturlarının dəstəklənməsi;
- üzv olan və üzvlüyə namizdə olan ölkələrdə yerli və regional demokratiya vəziyyətinin öyrənilməsi;
- vətəndaşaları yerli və regional demokratiyada effektiv şəkildə iştirakını təmin etmək məqsədilə təşəbbüslərin irəli sürülməsi;
- Avropa siyasətinin formalaşmasında yerli və regional hökumətlərin maraqlarının təmsil olunması;
- regionları gələcək nəsillərə qoruyub saxlamaq məqsədilə sülh, dözümlülük və davamlı inkişaf naminə regional və beynəlxalq əməkdaşlığın təşviqi;
- Avroregionların yaradılmasının təşviqi;
- yerli və regional seçkilərin müşahidəsi.
İki palatalı assambleya
Konqres iki palatadan ibarətdir: Yerli Hakimiyyətlər Palatası və Regionlar Palatası. İki palatalı assambleya 315 tam üzvdən və 315 əvəzedici üzvdən ibarətdir. Onlardan hər biri Avropa Şurası üzv dövlətlərində 200.000 çox yerli və regional hakimiyyətlərdən seçilən nümayəndələrdir. Konqres alternative əsasda hər bir Palatanın üzvləri sırasında özünün prezidentini seçir. Prezident iki sessiya müddəti ərzində öz vəzifələrini icra edir.
Konqres ildə bir dəfə olaraq Strasburqda iclas keçirir və akkreditə olunan Avropa təşkilatlarını və xüsusi status və müşahidəçi qismində digər qeyri-üzv dövlətləri salamlayır.
Milli nümayəndə heyətlərinin üzvlərindən təşkil olunan Daimi Komitə müxtəlif Komitələr ilə birgə Konqresin payız və Yaz plenar sessiyalararası arasında görüşür.
Konqres öz işini dörd nizamnamə komitəsi arasında bölür:
- Avropada yerli və regional demokratiyanın inkişafı üzrə hesabatların hazırlanması ilə məşğul olan və müstəqil ekspertlər Komitəsi tərəfindən dəstəklənən İnstitusional Komitə;
-Media, gənclər, idman və kommunikasiya məsələləri ilə məşğul olan Mədəniyyət və Təhsil Komitəsi;
- Ətraf mühit, məkan və şəhər planlaşdırılması ilə məşğul olan Davamlı İnkişaf Komitəsi;
- Məşğulluq, vətəndaşlıq, miqrasiya, icmalararası əlaqələr, qadın və kişilər arasında bərabərlik və həmrəylik məsələləri ilə bağlı məşğul olan Sosial Birlik Komitəsi
Regionlar Platası həmçinin Qanunverici hakimiyyətə malik olan Regionlarla iş üzrə İşçi Qrupa malikdir.
Konqresin Baş Rəhbəri büdcənin idarə olunmasına və Konqres Katibliyinin 40 nəfərədək əməkdaşına rəhbərlik edir.
Praktiki yardım
Yerli və Regional hakimiyyətlər üçün Avropa Treninq Təşkilatları Şəbəkəsi (ENTO)
Bu şəbəkə, idarəetmə təcrübəsi və texniki imkanlar baxımından zəif inkişaf etmiş mərkəzi və şərqi Avropa dövlətlərinə ekspert yardımı və treninqlər təklif edir. ENTO şəbəkəsi yerli və regional hakimiyyətlərin təlim mərkəzləri arasında əməkdaşlığı təmin edir və milli təşkilatları onların xaricdəki həmkarları ilə əlaqələrinin yaradılmasında yardım edir.
Mərkəzi və Şərqi Avropada yerli və regional demokratiya üzrə xüusi yardım proqramı vardır. Bu proqram yerli hökumət qanunvericiliyinin hazırlanmasında yardım təklif edir. Proqram yerli institusional islahatlar təlim və ekspert məsləhəti təklif edir və seminarlar, təlim səfərləri, şəhərlərdə səhiyyə, fiscal müstəqillik və yerli hökumətin maliyyələşdirilməsi üzrə kurslar təklif edir.
Yerli Demokratiya Agentlikləri (LDAs)
1993-cü ildə keçmiş Yuqoslaviyada sülh prosesinin bir hissəsi olaraq təsis olunan LDA regiondakı hakimiyyət və Avropadakı yerli hakimiyyətlər arasında əməkdaşlıq qurur. Onlar insan hüquqları və demokratiya, beynəlxalq əməkdaşlıq, mədəniyyətlərarası dialoq və yerli inkişaf ideyalarının təbliği ilə məşğuldur.
Cənub-Şərqi Avropa üçün Stabillik Paktında iştirak
Konqres Cənub-Şərqi Avropada yerli demokratiyanın və beynəlxalq əməkdaşlığın inkişafı üzrə layihələrdə aktiv şəkildə iştirak edir. Konqres Stabillik Paltının fəaliyyətinin davam etdirilməsi üzrə Cənub Şərqi Avropanın Yerli və Regional Nümayəndələrinin müvəqqəti İşçi Qrupunu təsis etdi.
O öz yardımını aşağıdakılara sərf edir:
- Cənub-Şərqi Avropadakı Şəhər və Regionların illik Forumlarının təşkili;
- Cənub Şərqi Avropanın Yerli Hakimiyətlər Milli Assosiasiyaları şəbəkəsinin inkişafı;
- Cənub Şərqi Avropadakı bələdiyyə və regionlar ilə əməkdaşlıq üzrə interaktiv məlumat bazasının yaradılması;
- Cənub Şərqi Avropadakı yerli və regional hakimiyyətlər arasında trans-sərhədə əməkdaşlığı üzrə siyasi bəyanatın hazırlanması.
Siyasətlərin hazırlanması üçün nəzərdə tutulan aydın qanunverici prinsiplər
Avropa Yerli Özünüidarəetmə Xartiyası (1985) effektiv yerli özünüidarəetmənin demokratiya üçün zəruriliyi prinsipini irəli sürüb. Xartiya yeni demokratiyalarda qanunverici islahat modeli qismində çıxış edir. Bəzi dövlətlər artıq Xartiyanın prinsiplərini öz konstitusiyaalrına tətbiq ediblər.
Ərazi İcmaları və ya Hakimiyyətləri arasında Trans-sərhəd Əməkdaşlığı üzrə Avropa Konvensiyası (1980) və onun iki əlavə Protokolu yerli və regional hakimiyyətlərin ictimai xidmətlərin və ətraf mühitin qorunmasındakı hüququnu tanıyır.
Xaricilərin Yerli Səviyyədə İctimai Həyatda İştirakı üzrə Avropa konvensiyası (1992) səsvermə hüququ daxil olmaqla xaricilərə mülki və siyasi hüquqların verilməsi prinsipini irəli sürür.
Regional və ya Azlıq Dilləri üzrə Avropa Xartiyası (1992) Avropa mədəni irsinin yekcins hissəsi olaraq regional və milli azlıq dillərinin qorunmasına və onların hüquqda, məktəblərdə, ictimaiyyətdə, mədəni, iqtisadi və sosial həyatda və mediada geniş istifadəsinə yardım edir.
Avropa Landşaft Konvensiyası (2000) hakimiyyətlərə Avropadakı landşaftları qorumaq, idarə etmək və planlaşdırmaq məqsədilə yerli, regional, milli və beynəlxalq səviyyələrdə tədbirlər görmək öhdəliyini irəli sürür.
Avropa Şəhər Xartiyası (1992) Avropa şəhər və qəsəbələrində vətəndaşların hüquqlarını müəyyən edir. O, mənzil tikintisi, şəhər memarlığı, nəqliyyat, enerji, idman və əyləncə, çirklənmə və şəhər təhlükəsizliyi kimi şəhər idarəetməsi üçün praktiki şəhər idarəetməsi üçün praktiki xidmət təklif edir.
2003-cü ildə üzərində dəyişiklik edilən Gənclərin Bələdiyyə və Regional Həyatda İştirakı üzrə Xartiya (1992), gənclərə onlara aid olan qərar qəbuletmə proseslərində rol oynanaması və qonşuluqda, bələdiyyə və regiondakı sosial dəyişiklik proseslərində aktiv şəkildə cəlb olunması üzrə ali prinsipləri müəyyən edir.
Cari layihələr
Avropa Şurası Nazirlər Komitəsi hazırda bir sı ra digər sənədləri nəzərdən keçirir:
- Dağlı regionlarda inkişaf və mühafizə tədbirlərini görülməsinə dair Dağlıq Regionları üzrə Xartiya;
- Avropa Yerli Özünüidarəetmə Xartiyasını tamamlayan Avropa Regional Özünüidarəetmə Xartiyası;
- Vətəndaşların Hüquq və Vəzifələri üzrə Xartiya Layihəsi.
Üzv dövlətlər və təmsil olunduqları nümayəndələrin sayı
Albaniya (4), Andora (2), Ermənistan (4), Avstriya (6), Azərbaycan (6), Belçika (7), Bosniya və Herseqovina (5), Bolqarıstan (6), Xorvatiya (5), Kipr (3), Çex Respublikası (7), Danimarka (5), Estoniya (3), Finlandiya (5), Fransa (18), Gürcüstan (5), Almaniya (18), Yunanıstan (7), Macarıstan (7), Islandiya (3), Irlandiya(4), Italiya (18), Latviya (3), Lixtenşteyn (2), Litva (4), Lüksemburq (3), Malta (3), Moldova (5), Monako (2), Niderland (7), Norveç (5), Polşa (12), Portuqaliya (7), Rumıniya(10), Rusiya Federasiyası (18), San Marino (2), Serbia və Çernoqoriya (7), Slovakiya Respublikası (5), Sloveniya (3), İspaniya (12), İsveç (6), İsveçrə (6), “Keçmiş Yuqoslav Respublikası Makedoniya“ (3), Türkiyə(12), Ukrayna (12), Böyük Britaniya (18).
İnternet səhifəsi
http://www.coe.int/cplre