 |
TV SPOT |
 |
|
|
Arxiv
|
|
| B.E. |
Ç.a. |
Ç. |
C.a. |
C. |
Ş. |
B. |
|
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | | 29 | 30 | 31 | | | | | |
Xəbər bülleteni
Xəbər bülleteninə abunə olun:
Səsvermə: Sorğu 01
İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?
|
“Valideynlər uşaqları kiçik hüquqlara malik kiçik insanlar kimi qəbul edirlər. Bu isə tamamilə yalnış fikirlərdir. Uşaqların hüquqlarına bütünlüklə hörmət olunmalıdır, onların böyüklərə nisbətən daha az yaşlı olmaları və ya fiziki cəhətdən daha kiçik olmaları heç də o demək deyil ki, onların hüquqları böyüklərin hüquqlarından daha az qorunmalıdır. Bu məsələ ilə bağlı olaraq standartlar müəyyən edən təşkilat kimi Avropa Şurası kifayət qədər təkliflər irəli sürə bilər – bizdə Avropa İnsan Haqları Məhkəməsinin çıxarmış olduğu qərarlar, Sosial Komitənin Sosial Xartiyaya əsaslanaraq vermiş olduğu tövsiyyələri, gənclərin azadlıqlarının məhdudlaşdırıldığı yerlərə səfərlər etmək imkanı olan İşgəncələrə Əleyhinə Komitə və digər müşahidə qurumları mövcuddur. Onlar üzv dövlətlərin əsaslana biləcəyi standartları müəyyənləşdiriblər.” Maud De Boer-Buquicchio - Avropa Şurası Baş Katibinin Müavini | Qısa İcmal:
Avropa Şurası Avropada insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının qoruyucusu olan aparıcı qurumdur. Keçmişdə uşaqların müdafiəsi üçün mühüm addımlar atılmışdır. Buraya Avropa İnsan Hüquqları Məhkəməsinin məktəbdə, cəzaçəkmə sistemində və ailədə uşaqlara bədən cəzası verilməsinə etiraz edən taleyüklü qərarları və İnsan Hüquqları Komissarının, Nazirlər Komitəsinin, Parlament Assambleyasının və Avropa Sosial Hüquqlar Komitəsinin bədən cəzasını pisləyən fikirləri daxildir. Bədən cəzasının ləğvi uğrunda hazırkı kampaniya Avropa Şurasının “Avropanın uşaqlar üçün və uşaqlarla qurulması” proqramının tərkib hissəsidir, proqram uşaqların hüquqları barədə məlumatlılığı və onlara hörmət edilməsini təmin etmək məqsədini daşıyır. Proqram “4 P” deyilən aşağıdakı məsələlərə əsaslanır: uşaqların müdafiəsi (protection of children), zorakılığın qarşısının alınması (prevention of violence), cinayətkarların təqib olunması (prosecution of criminals) və uşaqların onlara aid məsələlərin həllində tam iştirakı (full participation by children). 2006-cı ildə bədən cəzasının qadağan olunması təkcə regional deyil, həm də qlobal məqsədə çevrildi. Bu təşəbbüs həmçinin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin “Uşaqlara qarşı zorakılığın tədqiqi” sənədində bütün dünyada uşaqların bədən cəzasının ləğvinə nail olma tarixi kimi 2009-cu il müəyyən edilmişdir.
Əsas məqamlar: Avropa Şurası Avropada ölüm cəzasına son qoymaq üçün mütəmadi təşviqat apardığı kimi, indi də qitə miqyasında uşaqların fiziki cəzalandırılmasının qadağan olunması üçün fəaliyyət göstərir. Zorakılıq insan hüquqlarının mühüm pozuntusudur və əgər böyükləri vurmaq düzgün deyilsə, uşaqları da vurmaq düzgün deyil. Uşaqlar onların insan hüquqlarına hörmət edilməsi, fiziki toxunulmazlığı və qanun əsasında bərabər müdafiə ilə təmin olunması məsələsində böyüklərlə eyni hüquqlara malikdirlər. 2008-ci ilin aprelində Avstriya, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Finlandiya, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, Latviya, Niderland, Norveç, Rumıniya, Portuqaliya, İspaniya, İsveç və Ukrayna bütün hallarda uşaqlara bədən cəzası verilməsini qadağan edən qanunlara malikdirlər. Digər Avropa ölkələri onu məktəblərdə və ya cəzaçəkmə müəssisələrində qadağan etmişlər, amma hələ ki, qadağanı ailədaxili cəzaya şamil etməmişlər. Avropa Şurası onun üzvü olan 47 ölkənin hər birində uşaqlara bədən cəzası verilməsinin qanundan kənar elan olunmasını və ailələrin zorakılıqdan azad olmasına valideynləri həvəsləndirmək üçün hökumətlər tərəfindən pozitiv valideynlik proqramlarının hazırlanmasını istəyir.
Suallar və cavablar Bədən cəzasının dəqiq anlayışı necədir? BMT-nin Uşaq Hüquqları Komitəsi bədən cəzasına belə anlayış verir: fiziki gücün tətbiqinə əsaslanan və nə dərəcədə yüngül olmasından asılı olmayaraq müəyyən dərəcədə ağrıya və ya narahatçılığa səbəb olmaq məqsədi daşıyan istənilən cəza. Böyüklər özlərini daha rahat hiss etmək üçün şillələmək və ya kötəkləmək kimi evfemizmlər düşünüb tapmaqda çox mahirdirlər. Həqiqət bundan ibarətdir ki, uşaq üçün bunların hamısı zorakılıqdır və bu hərəkətlər böyüklərə qarşı yönəldikdə cinayət əməli təşkil edir.
|
Dəyişdirilməsi zəruri olan yanaşmalar “Uşaqların bir az intizama ehtiyacı var. Bu mənə heç vaxt ziyan gətirməyib.” Mənəvi sağlamlıqla bağlı araşdırmalar zorakılıqla zəif sağlamlıq arasında əlaqə olduğunu göstərir. Uşaq olarkən pis rəftara məruz qalmış böyüklər faciəli zəncirin həlqəsini təşkil edirlər: böyüklərin xoşbəxt və dolğun həyatdan zövq almaq ehtimalı nə qədər azdırsa, onların özlərinin də problemləri həlli etməkdən ötrü uşaq olarkən öyrəndikləri üsula –zorakılığa əl atmaq ehtimalı bir o qədər çoxdur. Hətta uşaqlıq təcrübəsinin nəticələri aydın görünməsə belə, hər halda təsəvvür etmək mümkün deyil ki, biz uşaqlıqda zorakılıq qurbanları olmasaydıq indi özümüzü necə aparardıq.
|
Nəşrlərimiz: Uşaqların fiziki cəzalandırılmasının ləğv edilməsi Uşaqların intizama görə döyülməsi niyə qeyri-qanuni olmalıdır? Uşaqların tərbiyə edilməsinə dövlət necə müdaxilə etməlidir? İctimaiyyətin müsbət və qeyri-zorakı valideynliyə münasibəti necə dəyişdirilməlidir? Bu və digər bir çox məsələ bu kitabçada müzakirə olunmuş və o, valideynlər, səlahiyyətli şəxslər, hüquqşünaslar, uşaq vəkilləri və onların rifahında səmimi marağı olan uşaqlarla işləyən digər insanlar üçün nəzərdə tutulmuşdur.
|
|
|
|
 |
Elanlar |
 |
|
|
|
|
|
|
 |
Kampaniyalar |
 |
|
|
|
|
|
|