 |
TV SPOT |
 |
|
|
Arxiv
|
|
| B.E. |
Ç.a. |
Ç. |
C.a. |
C. |
Ş. |
B. |
| | | | 1 | 2 | 3 | 4 | | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | | 26 | 27 | 28 | 29 | 30 | 31 | | |
Xəbər bülleteni
Xəbər bülleteninə abunə olun:
Səsvermə: Sorğu 01
İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?
|
Dəyişdirilməsi zəruri olan yanaşmalar |

“Uşaqların bir az intizama ehtiyacı var. Bu mənə heç vaxt ziyan gətirməyib.” Mənəvi sağlamlıqla bağlı araşdırmalar zorakılıqla zəif sağlamlıq arasında əlaqə olduğunu göstərir. Uşaq olarkən pis rəftara məruz qalmış böyüklər faciəli zəncirin həlqəsini təşkil edirlər: böyüklərin xoşbəxt və dolğun həyatdan zövq almaq ehtimalı nə qədər azdırsa, onların özlərinin də problemləri həlli etməkdən ötrü uşaq olarkən öyrəndikləri üsula –zorakılığa əl atmaq ehtimalı bir o qədər çoxdur. Hətta uşaqlıq təcrübəsinin nəticələri aydın görünməsə belə, hər halda təsəvvür etmək mümkün deyil ki, biz uşaqlıqda zorakılıq qurbanları olmasaydıq indi özümüzü necə aparardıq. “Hər kəs qəti şəkildə bədən cəzasının qadağan olunmasının əleyhinədir. İnsanların yanaşmalarını dəyişmək mümkün deyil.” İsveçin nümunəsi bunun əksini sübut edir. İsveçdə ilk dəfə qadağa barədə danışılarkən onun çoxlu əleyhdarı vardı. 1979-cu ildə qanun hazırlandı. Məlumatlılığın artırılması kampaniyaları və yaxşı valideynlik dərsləri yanaşmalarda böyük dəyişikliyə səbəb oldu. 1995-ci ildə valideynlərin yalnız 6%-i düşünürdü ki, uşağı kötəkləmək olar. “Doğrudur, qəzetlərdən oxuduğumuz hallar pisdir, amma ailələrdə zorakılıq həqiqətən nadir haldır. Ailə uşaqlar üçün təhlükəsiz sığınacaqdır.” Qəzet başlıqlarına çıxarılan hallar aysberqin üzdə olan tərəfidir. Tədqiqatlar göstərir ki, zorakılıq və pis rəftar hallarının çoxu evdə baş verir. YUNİSEF-in (UNICEF) günahsız qurbanlar haqqında məlumatları (Innocenti Report Card) göstərir ki, sənaye ölkələrində hər il yaşı 15-dən az olan 3.500 uşaq fiziki zorakılıq və etinasızlıq ucbatından həlak olur. “Qamçına heyfin gəlsə uşağın korlanar! Mən uşaqlarımın korlanmış məxluqlara çevrilməsini istəmirəm!” Uşaqları tərbiyə etməyin ən yaxşı üsulu onları zorakılıqdan azad olan mühitdə, qarşılıqlı hörmətə və tolerantlığa əsaslanan real intizam şəraitində böyütməkdir. Uşaqları vurmaq əslində onlar üçün pis rəftar dərsidir, uşaqlar valideynlərinin etdiklərindən və dediklərindən dərs alırlar. İntizamın daha müsbət formaları onlara başqaları haqqında və öz hərəkətlərinin nəticələri barədə düşünməkdə kömək edər. “Uşaqlar dözümlüdürlər. Onlar tezliklə cəzanı unudurlar.” Müxtəlif ölkələrdən olan beş yaşadək uşaqlarla müsahibələr cəzanın zərərinin dərəcəsini göstərir. “Cəza adamı daxildən ağrıdır”, – deyə yeddi yaşlı bir oğlan bildirib. YUNİSEF-in uşaqlar arasında keçirdiyi sorğu göstərib ki, uşaqlar döyülmələrini və ya susdurulmalarını deyil, hər hansı məsələni aydınlaşdırmaq imkanına malik olmalarını istəyirlər. “Valideynlərin çoxu uşaqlarını kötəkləmirlər.” Araşdırmalar göstərir ki, bədən cəzasının hələ də qanuni sayıldığı ölkələrdə valideynlərin çoxu onun düzgünlüyünə inanır və ondan istifadə edirlər. 2002-ci ildə Slovakiya Respublikasında aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, valideynlərin 98,6 faizi inanırlar ki, uşaqlarını kötəkləməlidirlər, 42 faizi isə hesab edir ki, bunu hansısa alətlə etmək daha yaxşıdır. “Doğrudur, zorakılıq xoşagələn şey deyil, amma o, çətin ki, prioritet problemdir. O, iqtisadiyyata ziyan vuran məsələ deyil, elə deyilmi?” Zorakılıq pul hesabına başa gəlir. O, səhiyyə xidməti üçün pul məsrəfləri deməkdir: ilk öncə uşaqların yaralanmış bədən üzvlərini sağaltmaq, sonra isə uşaq vaxtı pis rəftara məruz qalmış şəxslər yaşa dolduqca və yetkin yaşa çatdıqca öz problemlərindən qaçmaq üçün narkotik vasitələrə, spirtli içkilərə qurşandıqda və ya dərslərdən yayındıqda onların yaralanmış həyatlarını sağaltmaq lazım gəlir. Ümumdünya Səhiyyə Təşkilatının qabaqlayıcı tədbirlərə dair 1999-cu il tarixli hesabatında hesab edilir ki, uşaqların seksual istismara məruz qalması cəmiyyətə böyük insan və maliyyə itkiləri bahasına başa gəlir: “Qabaqlayıcı tədbirlərin xərcləri ... fərdin, ailənin və cəmiyyətin ilkin və uzunmüddətli xərclərinə nisbətən dəfələrlə azdır.” “Dəyənəklər və daşlar onların sümüklərini sındıra bilər, amma sözlər heç vaxt onları yaralamaz. Beləliklə, əgər mən kötəkləmirəmsə, ona hər hansı xəsarət yetirə bilmərəm, elə deyilmi?” Zorakılıqdan istifadəni özündə ehtiva etməyən cəza da eyni ilə zərərli ola bilər. Avropa Şurasının tədqiqat işi göstərmişdir ki, mənəvi zorakılıq, məsələn, uşaqların təhdid edilməsi, lağa qoyulması və ya qorxudulması Avropada ciddi sağlamlıq problemləri doğurur. Valideynlər arasındakı zorakılıq da uşaqlara təsir göstərir. Hökumətlər üçün məsələnin ən yaxşı həll yolu hər hansı məsələyə düzgün reaksiya verməkdə valideynlərə yardımçı olmaqdan ötrü valideynlərə dəstək verməkdir. “Valideynlər uşaqlarını məqsədəuyğun hesab etdikləri şəkildə tərbiyə etmək hüququna malikdirlər. Onlara yalnız müstəsna hallarda, məsələn, uşaqla pis rəftar etdikləri zaman etiraz edilə bilər.” İnsan hüquqları sizin evinizin qapısı önündə başa çatmır. Digər ailə üzvləri kimi uşaqların da hüquqları var: kişi öz arvadını vurmaq hüququna malik olmadığı kimi uşaqları da vurmaq olmaz. Uşaqlar valideynlərinin mülkiyyəti deyillər; onlar öz hüquqları olan insanlardır.
|
|
 |
Elanlar |
 |
|
|
|
|
|
|
 |
Kampaniyalar |
 |
|
|
|
|
|
|