Ana səhifə : Son xəbərlər : “İnsan hüquqları sahəsindəki sistematik iş məsuliyyətin işarəsidir,” deyə Komissar Hammarberq qeyd edir
TV SPOT
Arxiv
B.E.
Ç.a.
Ç.
C.a.
C.
Ş.
B.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
Xəbər bülleteni
Xəbər bülleteninə abunə olun:
Səsvermə: Sorğu 01
İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?
“İnsan hüquqları sahəsindəki sistematik iş məsuliyyətin işarəsidir,” deyə Komissar Hammarberq qeyd edir
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq 18 fevral tarixində insan hüquqlarının tətbiqi ilə bağlı sistematik işlə bağlı tövsiyə vermişdir. Tövsiyə əsas tədqiqatlardan, müvafiq fəaliyyət planları və indikatorlardan istifadə edərək dövlətlərin bu hüquqları daha effektiv şəkikdə necə tətbiq edə bilmələri haqqındadır.
“Fəaliyyə planının problemləri və uyğun addımları göstərərək açıq şəkildə hazırlanması insan hüquqları ilə bağlı məsuliyyətin işarəsidir. İnsan hüquqları sahəsində sistematik iş davamlı və birləşdirici prosesdir. O, milli, regional və yerli hakimiyyətin, insan hüquqları ilə məşğul olan qurumların, vətəndaş cəmiyyətinin və digər maraqlı tərəflərin nümayəndələrini razılaşdırılmış insan hüquqları standartlarını tətbiq etmək üçün bir araya gətirir. Onun məqsədi insan hüquqları sahəsində bəyan edilən hüquqlarla hər bir ölkədə fərdi qaydada onların necə tətbiq edilməsi arasındakı boşluqda körpü rolunu oynamaqdır,“ - deyə Komissiar vurğulamışdır.
Komissarın tövsiyəsi həm də “Hüquqlar İşləyir! – İnsan Hüquqlarının Tətbiqi ilə bağlı Sistematik İş üzrə Beynəlxalq Konfrans”ın hesabatı şəklində çap olunub. Tədbir 6-4 Noyabr 2008-ci il tarixində Stokholmda İsveçin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində təşkil olunmuşdu.
***** İnsan Hüquqları Komissarı Avropa Şurasının 47 üzv dövlətində insan hüquqları ilə bağlı maarifləndirməni və ona ehtiram göstərilməsini təbliğ edən təşkilat daxilində müstəqil, qeyri-məhkəmə təsisatıdır. Avropa Şurası Parlament Assambleyası tərəfindən seçilən hazırki Komissar Tomas Hammarberq 1 aprel 2006-ci il tarixindən bu vəzifədə işləyir.