TV SPOT

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728
293031

Xəbər bülleteni

Xəbər bülleteninə abunə olun:

Səsvermə: Sorğu 01

İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?

Avropa Şurası

image

İnsan hüquqları əsasında qurulan nizamnamə

Qanunun aliliyini qəbul edən və öz yurisdiksiyasında hər kəs üçün insan hüquqları və əsas azadlıqları təmin edən istənilən Avropa dövləti Avropa Şurasının üzvü ola bilər.

Məqsədləri
Avropa Şurası aşağıdakı məqsədləri olan dövlətlərarası təşkilatlatdır:
- İnsan hüquqları, plüralistik demokratiya və qanunun aliliyini müdafiə etmək;
- Avropanın mədəni kimliyi və müxtəlifliyi ilə bağlı məlumatlılığı yüksəltmək və onun inkişafını təşviq etmək;
- Avropa cəmiyyətinin üzləşdiyi məsələlərin ümumi həllini tapmaq: azlıqlara qarşı ayrıseçkilik, ksenofobia, dözumsüzlük, bioetik və klonlama, terrorizm, insan alveri, mütəşəkkil cinayətkarlıq və korrupsiya, kibercinayətkarlıq, uşaqlara qarşı zorakılıq və s.
- Siyasi, hüquqi və konstitusional islahatları dəstəkləməklə Avropada demokratik sabitliyi mökəmləmdirmək

47 üzv dövlət
Avropa Şurası 5 May 1949-cu il tarixində 10 dövlət (Belçika, Danimarka, Fransa, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, Norveç, İsveç, Birləşmiş Krallıq) tərəfindən təsis olunub, 1949-cu ilin Avqust ayından isə Yunanıstan və Türkiyə də bu dövlətlərə qoşulub. İndi onun 46 üzvü var: İslandiya və Almaniya (1950), Avstriya (1956), Kipr (1961), İsverçrə (1963), Malta (1965), Portuqaliya (1976), İspaniya (1977), Lixtenşteyn (1978), San Marino (1988), Finlandiya (1989), Macarıstan (1990), Polşa (1991), Bolqarıstan (1992), Estoniya, Litva, Sloveniya, Çex Respublikası, Slovakiya, Rumıniya (1993), Andorra (1994), Latviya, Albaniya, Moldova, Ukrayna, “Keçmiş Yuqoslav Respublikası Makedoniya“(1995), Rusiya Federasiyası və Xorvatiya (1996), Gürcüstan (1999), Ermənistan və Azərbaycan (2001), Bosniya və Herzeqovina (2002), Serbiya və Çernoqoriya (2003), və Monako (2004).

Avropa Şurası Avropa İttifaqı deyil. Bu iki təşkilat tamamilə fərqlidir, lakin Avropa İttifaqının bütün 25 dövlətinin hamısı Avropa Şurasının üzvüdür.


Üzvlük üçün müraciət edən dövlət
Belarusiya 12 Mart 1993-cü ildən üzvlük üçün müraciət edə dövlətdir. 

Müşahidəçi statusu
Kanada, Müqəddəs Taxt-tac (Vatikan), Yaponiya, Amerika Birləşmiş Ştatları və Meksika Avropa Şurasının dövlətlərarasl qurumlarından müşahidəçi statusuna malikdirlər.

Palais de l’Europe (Avropa Sarayı)
Strazburqda (Fransa) yerləşən Palais de l’Europe Avropa Şurasının qərərgahıdır.

Hərtərəfli geniş fəaliyyət
Avropa Şurası müdafiə istisna olmaqla Avropa cəmiyyətinin üzləşdiyi bütün əsas məsələləri ehtiva edir. Onun iş proqramı aşağıdakıları ehtiva edir : insan hüquqları, media, hüquqi əməkdaşlıq, sosial həmrəylik, sağlamlıq, təhsil, mədəniyyət, idman, gənclik, yerli demokratiya və sərhədlərarası əməkdaşlıq, ətraf mühit və reginal planlaşdırma.

Əməkdaşlıq üçün struktur
- Nazirlər Komitəsi 46 üzv dövlətin Xarici İşlər Nazirlərini (və ya onların nümayəndələrini) özündə birləşdirən Avropa Şurasının qərarverici qurumudur
- Parlament Assambleyası Təşkilatın üzvləri milli parlamentlər tərəfindən təyin edilən (315 əsas və 315 ehtiyat) məşvərətçi qurumudur
- Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi yerli və regional hakimiyyətləri təmsil edən konsultativ qurumdur
Beləlikl hökümətlər, milli parlamentlər və yerli və regional hakimiyyətlər ayrı-ayrılıqda təmsil olunurlar.
- Avropa Şurasının Beynəlxalq Qeyri-hökümət Təşkilatları Konfransı Avropa Şurasında içtirakçılıq statusuna malik 400-ə yaxın qeyri-hökümət təşkilatını birləşdirir.

Seçilən Baş Katib
2004-cü ildə Terri Devis (Birləşmiş Krallıq) Parlament Assambleyası tərəfindən beş il müddətinə Baş Katib seçilmişdir. O, təşkilatın fəaliyyətini yönləndirir və əlaqələndirir.

Sammitlər yeni stimul verir
Kommunist rejimlərinin çökməsindən sonra Avropa Şurası dövlət və hökümət başçılarının zirvə görüşləri vasitəsilə ən yüksək səviyyədə yeni siyasi stimul əldə etdi. Bu günədək Təşkilatın üç sammiti keçirilib.

1993-cü ildə Viyanada o zaman 32 dövlətin siyasi liderləri genişlənmə fəaliyyəti kursunu müəyyənləşdirməklə çağırışa cavab verdilər.

1997-ci ildə Strazburqda 40 üzv dövlətin iştirakı ilə siyasi liderlər dörd mövzuya əsaslanan Fəaliyyət Planını qəbul etdilər: demokratiya və insan hüquqları, social həmrəylik, vətəndaşların təhlükəsizliyi və təhsil demokratiya və mədəni müxtəliflik üçün.

Üçüncü zirvə görüşü isə yeni əsrin çağırışlarına cavab olaraq Şuranın əsas dəyər və standartlarının bir daha təsdiq olunması ilə yeni siyasi mandatda onun gələcək məqsədlərini və prioritetlərini müəyyənləşdirmək üçün 16 və 17 May 2005-ci il tarixlərində Varşavada (Polşa) keçirildi. 

İxtisaslaşmış nazirlərin konfransları
Avropa Şurası mütəmadi olaraq ixtisaslaşmış nazirlər konfransları təşkil edir (ədliyyə, təhsil, ailə məsələləri, sağlamlıq, ətraf mühit, yerli hakmiyyətlər, miqrasiya, kişilər və qadınlar arasında bərabərlik, əmək, kütləvi informasiya vasitələri, mədəniyyət, idman, gənclər və s. ).

Konfranslar bu sahələrdə olan əsas problemləri təhlil edir və üzv dövlətlərin tərəfdaş nazirlikləri arasında əlaqələrin qurulmasına köməklik göstərir. Onlar birgə icra olunacaq layihələri işləyib, hazırlayır və Şuranın iş proqramına faliyyətlər təklif edirlər.

Avropanı günbəgün qurmaq
Avropa Şurasının gördüyü işlər Avropa konvensiyaları və sazişləri ilə nəticələnir, üzv dövlətlər bu sənədləri icra etmək üçün öz qanunvericiliyini onlara uyğunlaşdıra və ya dəyişdirə bilərlər. Bəzi konvensiya və sazişlər Təşkilata üzv olmayan dövlətlər üçün də imzalanmağa açıqdır. Avropada əməkdaşlığı və sosial tərəqqini təşviq etmək üçün tədqiqatların və fəaliyyətlərin nəticələri hökümətlərə açıqdır.

Beynəlmiləl ştat
Avropa Şurasında Baş Katibin rəhbərliyi altında üzv dövlətlərdən olan 1800 mülki xidmətçi işləyir.

Avropa maliyyələşməsi
Şura üzv dövlətlərin hökümətləri tərəfindən maliyyələşir. Üzvlük haqları əhalinin sayı və olkənin rifahına görə dəyişir. Şuranın 2006-cı il üçün ümumi büdcəsi 262 milyon avrodur.

Rəsmi dillər
Avropa Şurasının rəsmi dilləri İngilis və Fransız dilləridir, lakin Alman, İtalyan və Rus dillərindən də işçi dil kimi istifadə olunur. Bir sıra mətnləri və sənədləri müxtəlif dillərdə bu ünvanda tapa bilərsiniz: www.coe.int

 

 
Elanlar

Kampaniyalar
Powered By WebStudio.Az