“Azərbaycanda Televiziya və Radio Yayımı Qanunvericiliyi” mövzusunda dəyirmi masa
Avropa Şurası və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası 5 iyun 2009-cu il tarixində Novxanıda yerləşən “AF Hotel” mehmanxanasında “Azərbaycanda Televiziya və Radio Yayımı Qanunvericiliyi” mövzusunda dəyirmi masa keçirəcək.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Milli Televiziya və Radio Şurasının məsul şəxsləri, Milli Məclisin üzvləri, yerli tele-radio şirkətlərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların, səfirliklərin, eləcə də Avropa Şurasının nümayəndələri iştirak edəcəklər.
Müxtəlif maraqlı tərəfləri bir araya gətirməklə dəyirmi masa “Televiziya və Radio Yayımı haqqında Azərbaycan Respublikasının Qanununa” bu yaxınlarda edilən əlavə və dəyişikliklərlə bağlı müzakirələr üçün məkanının formalaşdırılmasına çalışacaq. Tədbir eyni zamanda yayımın tənzimlənməsi üzrə məsul qurumların fərqli və müxtəlif televiziya məkanının təbliği və inkişafında rolu məsələsinə də toxunacaq.
Dəyirmi masa öz işinə səhər saat 10.00-da başlayacaq və həmin gün saat 17.00-dək davam edəcək.
Konfransın işini işıqlandırmaq istəyən bütün jurnalistlər tədbirə dəvətlidirlər.
Konfransın gündəliyi və ətraflı məlumatla tanış olmaq üçün 497 54 89/93 nömrəli telefonla Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisnin direktoru İlqar İlbrahimliyə müraciət edə bilərsiniz.