TV SPOT

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234
567891011
12131415161718
19202122232425
262728293031

Xəbər bülleteni

Xəbər bülleteninə abunə olun:

Səsvermə: Sorğu 01

İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?

Avropa Şurası Media ilə bağlı Azərbaycan dilində iki kitab təqdim edir

image

10 dekabr, 2009-cu il tarixində, saat 12:00-da Avropa Şurası Azərbaycan Media Mərkəzində iki kitabının təqdimatını keçirəcək. Avropa Şurasının “Birgə yaşayış - medianın sosial vəhdətə, mədəniyyətlərarası dialoqa, anlaşmaya, tolerantlığa və demokratik proseslərdə iştiraka yardımına dair Avropa Şurasının standartları haqqında məlumat kitabı” və “Böhran vaxtlarında ifadə azadlığı - Avropa Şurası Nazirlər Komitəsinin rəhbər tövsiyələri” 2009-cu ilin Noyabr ayında Azərbaycan dilinə tərcümə edilərək, çap olunmuşdur.

“Birgə yaşayış” adlı kitabın əsas ideyası Avropa Şurasının bu sahədə olan standartlarını birlikdə toplayıb, aydın dildə izah etməkdir. O, Avropa Şurasının standartlarının medianın demokratik cəmiyyətdə sülh və əminamanlıqda yaşamağa mümkün töhfəsinə aid istinaddır.

Böhran zamanı Avropa Şurasının Nazirlər Komitəsnin söz azadlığına dair direktivləri demokratik cəmiyyətin əsaslarəndan olan informasiyanı əldə etmək və onu ötürmək hüququ ilə əlaqəli müəyyən məsləhətləri təmin edir və müharibə, terror aktları, təbii fəlakətlər kimi böhran vəziyyətləri zamanı daha da mühüm rol oynayır.

Bu kitablar siyasətçilər, hökümət nümayəndələri, pedaqoqlar, media təmsilçiləri, qeyri-hökümət təşkilatları, müxtəlif ictimai qurumlar və gənclər kimi geniş auditoriyaya xidmət göstərmək üçün nəzərdə tutulub. Mətnlər rahat oxunaqlı və anlaşılan şəkildə tərtib olunmaqla yanaşı, həm də informativdir.

Tədbiri işıqlandırmaq istəyən bütün jurnalistlər və maraqlı olan hər kəs təqdimat mərasiminə dəvətlidir.

 
Elanlar

Kampaniyalar
Powered By WebStudio.Az