 |
TV SPOT |
 |
|
|
Arxiv
|
|
| B.E. |
Ç.a. |
Ç. |
C.a. |
C. |
Ş. |
B. |
| | | | 1 | 2 | 3 | 4 | | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | | 26 | 27 | 28 | 29 | 30 | 31 | | |
Xəbər bülleteni
Xəbər bülleteninə abunə olun:
Səsvermə: Sorğu 01
İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?
|
İnternet insanlar tərəfindən, insanlar üçün və insanlarla birlikdə yaradılır! |
Torbyörn Yaqland Avropa Şurasının Baş Katibi
Prezident Barak Obama ötən ay Çində dedi ki, İnternetdə tənqidlər onun daha yaxşı prezident olmasına səbəb olub. Şübhə yoxdur ki, İnternet qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsləri həmişəkindən daha şəffaf və daha hesabatlı edir.
Finlandiyada qəbul edilmiş yeni qanun vətəndaşlara daha geniş tezliklərdə İnternetə çıxmaq hüququ verir, Avropa İttifaqının “Telekommunikasiya paketi”nə dair müzakirələri isə belə bir qərarla nəticələnib ki, istifadəçilərin İnternetə çıxışı, zərurət olduqda və proporsionallıq şərtinə riayət edilməklə, yalnız dinlənilmək hüququnu və məhkəmə baxışı hüququnu özündə ehtiva edən ədalətli və qərəzsiz prosedurdan sonra məhdudlaşdırıla bilər.
Bu nə deməkdir? Bütün dünyada 1,6 milyarddan artıq istifadəçisi olan İnternet gündəlik həyat üçün mühüm, bəlkə də həyat əhəmiyyətli amilə çevrilib. O, zaman, məsafə, mədəniyyətlər və təcrübələr arasında sərhədləri aşaraq bizim bir-birimizlə təmasa girməyimizin üsuluna inqilabi yenilik gətirib. Biz onlayn rejimində ideyalarımızı paylaşır, məlumatlılığa və anlaşmaya nail olur, ənənəvi baxışları şübhə altına alır və pozitiv dəyişikliklər üçün şəbəkələr yaradırıq. Bunların çoxu özəl sektorun innovativ xidmət və texnologiyaların inkişafını öncədən görməsi, buna inanması və bu sahəyə cəsarətlə investisiya yatırması sayəsində mümkün olub, özü də həmin xidmət və texnologiyaların çoxu pulsuzdur. İnternetə çıxış daha təmtəraq göstəricisi deyil, o, artıq zərurətə çevrilib. O, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan insanlar üçün imkanlar yarada bilər. O, despotik hökumətlərlə qarşılaşan demokratiya üçün alət ola bilər. Bizlərdən milyonlarla insan indi haqlı olaraq ümid edə bilər ki, İnternet xidmətləri əlçatan, münasib, təhlükəsiz, etibarlı və davamlı olacaq. Gənc nəsil üçün İnternet hər şeydən əvvəl fürsətdir. O, yetkinləşmə dövründə onların başlıca azadlıq və informasiya mənbəyidir. O, təhlükə və ehtiyatlılıq barədə xəbərdarlıq edən yol nişanının göstərdiyi bir yer olmamalıdır.
Biz İnternet şəbəkəsinə daxil olduğumuz anda özümüz də bilmədən başqaları tərəfindən baxıla və istifadə edilə bilən fərdi məlumatlarımızın izlərini orada qoyuruq. Biz İnternet xidmətlərinin şərtlərini qəbul etmək üçün düyməni basarkən çox vaxt fərdi məlumatlarımızı təqdim etmək öhdəliyini üzərimizə götürmüş oluruq, amma həmin məlumatlarla nə baş verəcəyini bilmirik. Məlumatların məxfiliyinin mühafizəsi haqqında qlobal qanunların qəbulu, yaxud iri qırmızı “imtina” düyməsini basmaqla xidmətlərdən imtina edilməsi problemin həlli ola bilərmi – bu məsələ hələ baxılmamış qalır. Ən azından bizim uşaqlarımız (rəqəmsal dünyanın yerli sakinləri) öz izlərini silmək imkanına malik olmalıdırlar. Nəhayət, uşaqlar öz uşaqlıq həyatını yaşamaq hüququna malikdirlər, necə ki, bizlər (rəqəmsal dünyanın mühacirləri) İnternet yaranana qədər həmin hüquqa malik olmuşuq.
60 illik təcrübə və Avropa İnsan Hüquqları Məhkəməsinin minlərlə qərarı sayəsində Avropa Şurasının üzvü olan 47 dövlətin hökumətləri digər hüquqlarımızla yanaşı bizim ifadə azadlığımızın və şəxsi həyat sirrinin (İnternet də daxil olmaqla) toxunulmazlığı hüququmuzun qorunmasına nəzarət etmək işində mühüm rol oynayırlar. Hökumətlərlə və özəl sektorla birlikdə Avropa Şurası Avropada İnternet siyasətini formalaşdırır və bundan əlavə, bu sahədə çərçivə və hüdudları müəyyən edir.
İcazə verin bu fikrimə aydınlıq gətirim. İfadə azadlığı mütləq hüquq deyil; o, digər hüquqlarla balanslaşdırılmalıdır. Biz bu hüququ Avropada məhz bu cür görürük. Azadlıq məsuliyyətlə müşayiət olunur. Bu sözlər texnologiya və xidmətləri təqdim edən, bazara nüfuz edən və orada heç bir təbii alternativi olmayan dərəcədə hökmranlıq edən müəssisələrin məsuliyyətinin araşdırılmasına da aiddir.
İnsan hüquqları haqqında Avropa Konvensiyası dövlət tərəfindən sui-istifadə hallarından fərdi qoruyur. İnternet əsrində hökumətlər və özəl sektor dövlət tərəfindən və kiberməkandakı digər qeyri-dövlət subyektləri tərəfindən sui-istifadə hallarına qarşı fərdlərin müdafiəsini təmin etmək üçün əməkdaşlıq etməlidirlər.
Bəs İnternetin fəaliyyəti üçün zəruri olan resursların idarə olunması barədə nə demək olar? Məsələn, hökumət və ya güclü korporasiya digər ölkənin İnternetə çıxışını kəsməyi, zəiflətməyi, yaxud buna hər hansı başqa formada müdaxilə etməyi qərara alarsa, nə baş verər? Ad və Nömrələrin Verilməsi üzrə İnternet Korporasiyasının (ICANN) beynəlmiləlləşdirilməsi adlandırılan məsələ barədə müzakirələr düzgün istiqamətdə gedir. Bu sahədə müzakirəsinə və üzərlərində işlənilməsinə ehtiyac duyulan bir çox məsələlər var.
Lakin onlayn sisteminə daxil olarkən səmərəli məsuliyyət, azadlıq və insan hüquqlarının müdafiəsi yalnız birgə iş vasitəsilə – biznes müəssisələrinin, beynəlxalq birliyin, beynəlxalq və dövlətlərarası təşkilatların və ayrı-ayrı dövlətlərin birgə çalışması vasitəsilə mümkün ola bilər. Nəhayət, unutmamalıyıq ki, İnternet insanlar tərəfindən, insanlar üçün və insanlarla birlikdə yaradılır.
|
|
 |
Elanlar |
 |
|
|
|
|
|
|
 |
Kampaniyalar |
 |
|
|
|
|
|
|