Konqres nümayəndə heyəti Azərbaycan müxalifət liderləri ilə 23 dekabr bələdiyyə seçkilərindən əvvəl görüşməyi ümid edir
“Təəssüf edirik ki, Konqres nümayəndə heyətinin dünən Azərbaycan müxalifət partiyaları ilə görüşərək 23 dekabr tarixində keçiriləcək bələdiyyə seçkilərindən əvvəl vəziyyəti müzakirə etmək imkanı olmamışdır.
Nümayəndə heyəti müxalifəti dinləməyə hazırdır, o, ölkənin siyasi liderləri ilə azad və açıq müzakirələr keçirməyə böyük önəm verir.
Buna görə də nümayəndə heyəti seçki öncəsi missiya zamanı müxalifət partiyaları ilə görüş keçirə bilməməkdən təəssüf hissi keçirir. Çunki hesab edirik ki, müxalifət nümayəndələri ilə beynəlxalq icitimaiyyət arasında fikir mübadiləsinin aparılması Azərbaycanda demokratik inkişafın marağındadır.” – deyə Qayə Doğanoğlu, Konqres Nümayəndə heyətinin rəhbəri qeyd etmişdir.
Qayə Doğanoğlu Konqres nümayəndə heyəti, xüsusilə iki Konqres Vitse Prezidenti Jan Klod Frekon (Fransa) və İstvan Borbley (Macarıtan) adınl nümayndə heyəti ilə görüşmək üçün dəvəti yeniləmişdir.
Mətbuat üçün əlaqə:
Renate Zikmund, Koqresin Kommunikasiya, Beynəlxalq Əlaqələr və Seçki Müşahidə Şöbəsinin rəhbəri tel. +33 6 59 78 64 55; renate.zikmund@coe.int Avropa Şurasnın Bakı Ofisi Tel. +994 124 973 156 – 5 493, fax +994 124 972 395; fieldbaku@coe.int