TV SPOT

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234
567891011
12131415161718
19202122232425
262728293031

Xəbər bülleteni

Xəbər bülleteninə abunə olun:

Səsvermə: Sorğu 01

İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?

Konqresin nümayəndə heyəti Azərbaycanda pluralistik demokratiyanin yenidən fəallaşmasına çağırır

image

Avropa Şurasının Yerli və Regional Özününüidarəetmə Konqresinin beynəlxalq nümayəndə heyəti Azərbaycanda 23 dekabr 2009-cu il tarixində keçirilən bələdiyyə seçkilərini müşahidə etmişdir. Avropa Şurasına daxil olan 8 müxtəlif ölkəni təmsil edən 11 Konqres üzvündən ibarət nümayəndə heyəti təqribən 100 seçki məntəqəsində səsverməni müşahidə etmişdir. Nümayəndə heyətinin seçkiqabaği missiyası seçki günündən öncə, 7-8 dekabr tarixlərində baş tutmuşdur.

 

Seçki gününün ümumi təşkilinə gəlincə, nümayəndə heyətinin başçısı Qaye Doğanoğlu (Türkiyə, AXPQ) vurğulamışdır ki, praktiki nöqteyi-nəzərdən seçkilər sakit atmosferdə keçmiş və yaxşı təşkil olunmuşdu. “Buna baxmayaraq konkret təkmilləşməyə ehtiyac vardır” – deyə o, əlavə etmişdir.

 

Konqresin 23 dekabrda keçirilən bələdiyyə seçkiləri üzrə məruzəçisi Francis Lec (Fransa, SOC) həqiqi demokratik mühitin yaradılması üçün müstəqil mətbuatın və ifadə azadlığının zəruri olduğunu vurğulamışdır. Pulsuz efir vaxtı yalnız namizədləri ən az bələdiyyələrin 50%-də qeydiyyatdan keçmiş siyasi partiyalar üçün nəzərdə tutulmuşdur. Faktiki olaraq, televiziyalar əsasən Azərbaycanda seçkilərin əhəmiyyətli rol oynamadığı təkpartiyalı sistemi əks etdirmişdir” – deyə məruzəçi qeyd etmişdir.    

 

Konqresin Azərbaycan üzrə məruzəçisi Jean-Claude Frécon (Fransa, SOC) qeyd etmişdir ki, seçkilərdən öncə canlı seçkiqabağı təşviqat kampaniyasının əlamətləri çox az nəzərə çarpmış və partiyalar arasında rəqabət mövcud olmamışdır.  “Mərkəzi Seçki Komissiyası tərəfindən məruzə edillən 31.86% seçici iştirakı Konqresin nümayəndə heyətinin ümumi təəssüratını təsdiq edir ki, seçkiqabağı təşviqat kampaniyasının zəif olması və Azərbaycanda həqiqi pluralistik partiya mənzərəsinin mövcud olmaması üzündən bu seçkilərə qarşı kifayət qədər ictimai maraq olmamışdır” – deyə Jean-Claude Frécon yekunlaşdırmışdır.

 

Dekabr ayının 23-də Konqresin nümayəndə heyətinin üzvləri tərəfindən qeydə alınmış insidentlərin siyahısına, xüsusilə, seçki məntəqələrində seçicilərin sayılması ilə əlaqədar pozuntular, yerli müşahidəçilərin rolu və mənşəyi, seçki bülletenlərinin oxunan olması və səslərin sayılmasının düzgünlüyü daxildir.

 

“Bəzi seçki məntəqələrində baş vermiş insidentlər əsasında səsvermənin dürüstlüyü şübhə altına alına bilər. Azərbaycan hakimiyyəti hələ də təkmilləşmə həyata keçirməlidir”, - deyə məruzəçi Francis Lec qeyd etmişdir.

 

Konqresin nümayəndə heyətinin fikrincə 2009-cu il 23 dekabr tarixində keçirilən seçkilər Azərbaycanda yerli demokratiyanın hələ də qənaətbəxş olmayan vəziyyətini və daha ümumilikdə desək, yerli özünüidarəetmə orqanlarının zəif olmasını nümayiş etdirir.

 

Bakıda KİV üçün əlaqə:

Renate Zikmund, Konqresin Kommunikasiya, Beynəlxalq Əlaqələr və Seçki Müşahidə şöbəsinin rəhbəri  tel. +33 6 59 78 64 55; renate.zikmund@coe.int

 

Avropa Şurasının Bakıdakı Ofisi, Tel. +994 124 973 156 – 5 493; fax: +994 124 972 395; fieldbaku@coe.int www.coe.az
 
Elanlar

Kampaniyalar
Powered By WebStudio.Az