 |
TV SPOT |
 |
|
|
Arxiv
|
|
| B.E. |
Ç.a. |
Ç. |
C.a. |
C. |
Ş. |
B. |
| | | | 1 | 2 | 3 | 4 | | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | | 26 | 27 | 28 | 29 | 30 | 31 | | |
Xəbər bülleteni
Xəbər bülleteninə abunə olun:
Səsvermə: Sorğu 01
İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?
|
Türkiyəli Mövlud Çavuşoğlu AŞPA-nın yeni prezidenti seçildi |
318 üzvü olan Avropa Şurasının Parlament Assambleyası (AŞPA) yanvarən 25-də Strasburqda özünün plenar sessiyasının (25-29 yanvar) açılışında Mövlud Çavuşoğlunu (Mevlüt Çavuşoğlu) (Türkiyə, Avropa Demokrat Qrupu – EDG) özünün yeni prezidenti seçdi. Cənab Çavuşoğlu Assambleyanın 25-ci prezidenti qismində Luis Mariya de Pyuiqin (Lluís Maria de Puig) (İspaniya, SOC) xələfi oldu. Türkiyə 1949-cu ilin avqustunda Avropa Şurasına daxil olduqdan bəri o, bu vəzifəni tutan ilk türk oldu.
“Mən elə bir ölkədənəm ki, iki minillik ərzində qitələr arasında körpü olması ilə qurur duyur”, – deyə Mövlud Çavuşoğlu AŞPA prezidenti qismində ilk nitqində bildirdi. “Mən bu siyasi anlaşmanı yeni səviyyəyə gətirmək, şaxtalı Arktikada, yaxud mülayim Antalya çimərliklərində olmalarından asılı olmayaraq Avropa xalqları üçün körpü kimi hərəkət etmək istəyirəm”.
O, vurğuladı ki, cəmiyyətlərin üzləşdiyi əsas problemlərindən biri artmaqda olan dözümsüzlük və ayrı-seçkilikdir. “Tolerantlıq diqqətdən kənarda qoya bilməyəcəyimiz mühüm bir Avropa vəzifəsi olaraq qalır. Yeni yanlış cizgilər yaratmağa, o cümlədən başqalarının yanlış imicini yaratmağa və müxtəlifliyə hörmətsizlik etməyə qarşı yeni əzmkarlıqla və səylə mübarizə aparılmalıdır. Biz ilk öncə şüurlarımızdakı divarları yıxmalıyıq. Bunu etməsək, real azadlıq olmayacaq”, – deyə cənab Çavuşoğlu bildirdi.
“Bizim ümumi Avropa evimizin təməli kənarlaşdırmaya, ayrı-seçkiliyə, qorxuya və nifrətə deyil, müxtəlifliyə qarşı hörmətə əsaslanan açıq cəmiyyət üzərində qurulmalıdır. Biz irqçiliyin, ksenofobiyanın, antisemitizmin, islamofobiyanın və ayrı-seçkiliyə və dözümsüzlüyə gətirib çıxaran bu kimi hər cür fobiyaların kökünü kəsməliyik”. Assambleyanın prezidenti qismində özünün digər prioritet vəzifələri arasında cənab Çavuşoğlu Lissabon Müqaviləsinin qüvvəyə minməsini qeyd etdi, bu, əməkdaşlıq üçün yeni perspektivlər açır, o cümlədən Avropa İttifaqının (Aİ) İnsan hüquqları haqqında Avropa Konvensiyasına qoşulmasına imkan yaradır. O, həmçinin AŞPA-nı hər kəsin layiqli və təhlükəsiz şəraitdə yaşamasına şərait yaratmaqdan ibarət Avropa idealı uğrunda mübarizə aparmağa çağırdı və bununla əlaqədar olaraq terrorizmə qarşı mübarizənin mühümlüyünü vurğuladı.
Prezident həmçinin dedi ki, Avropa Şurasının yeni Baş katibi Torbyörn Yaqland ilə əməkdaşlığa 47 dövləti birləşdirən təşkilatın işinin aktuallığını və səmərəliliyini necə artırmaq və zəruri islahata necə nail olmaq barədə düşünmək baxımından “qızıl fürsət” kimi baxır.
O, yekunda özünü bütün Avropa qitəsində Parlament Assambleyasının işi uğrunda mübarizəyə həsr edəcəyini bildirdi.
./..
Siyasətçi və iqtisadçı Mövlud Çavuşoğlu 2002-ci ildən bəri Antalyadan seçilmiş parlament üzvü olub. O, AŞPA-da və Avropa Təhlükəsizlik və Müdafiə Assambleyasında uzunmüddətli beynəlxalq təcrübəyə malikdir. O, AŞPA-nın vitse-prezidenti və Türkiyə nümayəndə heyətinin sədri (2007-2010), Miqrasiya, Qaçqınlar və Əhali üzrə Komitənin sədri (2006-2008) və Avropa Demokrat Qrupunun ikinci vitse-sədri (2009-cu ildən) vəzifələrində çalışıb. O, Ədalət və İnkişaf Partiyasının (AKP) təsisçi üzvüdür və partiyanın xarici işlər departamentinin vitse-sdəri vəzifəsində çalışıb. 5 fevral 1968-ci ildə Alanyada doğulub, evlidir, bir qızı var.
Seççkiodə yalnız bir namizəd vardı. Assambleyanın Prosedur Qaydalarına əsasən, sədrin bir illik vəzifəsi bir dəfə təzələnə bilər.
|
|
 |
Elanlar |
 |
|
|
|
|
|
|
 |
Kampaniyalar |
 |
|
|
|
|
|
|