Seçki sistemi vasitəsilə qadınların siyasətdə iştirakının artırılması
1899 (2010) saylı Tövsiyə1
1. Parlament Assambleyası Seçki sistemi vasitəsilə qadınların siyasətdə iştirakının artırılmasına dair 1706 (2010) saylı öz Qətnaməsinə istinad edərək, Nazirlər Komitəsinin siyasi həyatda və bütün sahələrdə qərarların qəbulunda qadınların və kişilərin bərabər iştirakını reallığa çevirmək öhdəliyini alqışlayır, həmin öhdəlik Qadınların və kişilərin siyasətdə və dövlət qərarlarının qəbulunda balanslı iştirakına dair Nazirlər Komitəsinin 2003 (3) saylı Tövsiyəsində və “Gender bərabərliyinin reallığa çevrilməsi” adlı 12 may 2009-cu il tarixli Bəyannaməsində təsdiq olunur.
2. Assambleya Nazirlər Komitəsini bu sahədə işini davam etdirməyə və Avropa Şurasının üzvü olan dövlətləri qadınların siyasətdə iştirakını artırmaq üçün aşağıdakıları həyata keçirmək vasitəsilə zəruri tədbirlərin görülməsinə həvəsləndirməyə çağırır:
2.1. seçki sistemində islahat apararaq onu qadınların iştirakçılığı üçün daha əlverişli sistemə çevirmək;
2.1.1. proporsional nümayəndəlik siyahısı olan ölkələrdə təkcə qadın namizədlərin yüksək nisbətini (ideal halda azı 40%) deyil, həm də siyahılarda namizədlərin ciddi ardıcıllıq qaydasını təmin edən (məsələn, alternativ qadın və kişi namizədlərin “ardıcıl” nəzərdə tutulması sistemi) məcburi kvotanın tətbiqini (ideal halda iri dairədə və (və ya) ümummilli miqyasda partiya siyahıları ilə kombinə edilməklə) və bunlara riayət edilməməsinə görə səmərəli sanksiyaların (yaxşı olar ki, onlar maliyyə sanksiyaları deyil, namizədliklərin/namizədlərin siyahısının qəbul edilməməsi sanksiyası olsun) qəbulunu nəzərdən keçirmək;
2.1.2. majoritar və ya nisbi səs çoxluğu sistemlərinin olduğu ölkələrdə hər dairədə hər bir partiyanın öz namizədini ən azı bir qadın və bir kiçi namizədin arasından seçməsi prinsipini nəzərdən keçirmək, yaxud qadınların siyasətdə iştirakının artırılmasının təmin edilməsinin başqa yollarını tapmaq, məsələn, siyasi partiyalar daxilində məcburi innovativ gender kvotaları tətbiq etmək, yaxud yenə də səmərəli sanksiyalarla müşayiət olunmaqla dairələrdə “bütünlüklə qadınlardan” və ya “qoşa namizədlərdən” ibarət olan siyahıları tətbiq etmək;
2.2. gender bərabərliyinə və ayrı-seçkilik əleyhinə dair müddəaları, az təmsil olunan cins üçün pozitiv diskriminasiya tədbirlərinə imkan verən zəruri istisnalarla birlikdə, öz konstitusiyalarına və seçki qanunlarına daxil etmək (əgər hələ bunu etməyiblərsə);
2.3. bu dəyişiklikləri müəyyən tədbirlərlə, məsələn, gender məsələsi önə çəkilməklə vətəndaşların maarifləndirilməsi və konkret olaraq siyasi partiyalar daxilində, eləcə də mediada gender stereotiplərinin və qadın namizədlərə qarşı özünəməxsus qərəzliliyin aradan qaldırılması tədbirləri ilə müşayiət etmək;
3. Assambleya tövsiyə edir ki, Nazirlər Komitəsi səlahiyyətli komitəyə tapşırıq versin ki, qadın və kişilərin bərabərlik hüququnu, eləcə də az təmsil olunan cins üçün pozitiv diskriminasiya tədbirlərinə imkan verən zəruri istisnaları İsan hüquqları haqqında Avropa Konvensiyasında təsbit etmək üçün həmin Konvensiyanın əlavə protokolunu tərtib etmək məsələsini nəzərdən keçirsin.
----------------------------------
1 Assambleyanın 27 yanvar 2010-cu ildə (6-cı iclasda) keçirdiyi müzakirə (bax: 12097 saylı sənəd, qadınlar və Kişilər üçün Bərabər İmkanlar üzrə Komitənin məruzəsi; məruzəçi: xanım Err). Assambleyanın tərəfindən 27 yanvar 2010-cu ildə (6-cı iclasda) qəbul edilmiş sənəd.