47 dövlətdən olan nazir İnterlakendə (İsveçrə) görüşəcək
Avropa Şurasının üzv dövlətlərindən olan və səlahiyyətlərinə insan hüquqları məsələləri daxil olan 47 naziri fevralın 18-də və 19-da İnterlakendə “Kazino Kursaal”da (Casino Kursaal) bir araya gətirəcək görüşdə Avropa İnsan Hüquqları Məhkəməsinin gələcəyi mərkəzi yer tutacaq.
Avropa Şurası Nazirlər Komitəsinin isveçrəli sədarəti tərəfindən təşkil ediləcək konfransın məqsədi üzv dövlətlərin Avropada insan hüquqlarını müdafiə etmək öhdəliyinə sadiq olduqlarını və insan hüquqlarının müdafiəsi mexanizminin mühüm elementi olan Avropa İnsan Hüquqları Məhkəməsinin sayı artmaqda olan ərizələrin öhdəsindən gəlməsinə şərait yaratmaqda qətiyyətli olduqlarını bir daha təsdiq etməkdir.
Nazirlər Məhkəmənin uzunmüddətli səmərəliliyini, habelə onun qərarlarının icrasının daha yaxşı monitorinq olunması və milli səviyyədə insan hüquqlarının müdafiəsinin yaxşılaşdırılması yollarını təmin etməyə yönələn islahatları müzakirə edəcəklər.
Nazirlər Komitəsinin sədri və Federal Ədliyyə və Polis Departamentinin rəhbəri cümə axşamı fevralın 18-də saat 15-də konfransı açacaq, ardınca Avropa Şurasının Baş katibi, Parlament Assambleyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin prezidentləri, Avropa Komissiyasının vitse-prezidenti və Avropa Şurasının insan hüquqları üzrə komissarı nitqlə çıxış edəcəklər. Sonra milli nümayəndə heyətlərinin rəhbərlərinə və vətəndaş cəmiyyəti təmsilçilərinə çıxış üçün söz veriləcək.
Cümə günü fevralın 19-da İnterlaken Bəyannaməsinin və islahatlar üçün fəaliyyət planının qəbulu baş tutacaq.
Xüsusi fayla giriş üçün link: http://www.coe.int/t/dc/files/events/2010_interlaken_conf/default_EN.asp
Nazirlər Komitəsinin isveçrəli sədarətinin saytına giriş üçün link: http://www.coe.int/t/dc/files/presidences-sessions-cm/presidences/switzerland/default_en.asp
Redaktorlar üçün qeyd:
İlkin sessiya mətbuat üçün açıqdır.
Cümə axşamı fevralın 18-də saat 20.10-da “Grand Hôtel Victoria Jungfrau” otelində qrup halında fotoşəkil çəkiləcək. Cümə günü fevralın 19-da saat 14-də “Kazino Kursaal”da mətbuat konfransı keçiriləcək. Elə yerindəcə müsahibələr təşkil edilə bilər (əsasən kofe fasilələri zamanı).
Akkreditə olunmaq üçün müraciətlər bu elektron poçtuna göndərilməlidir: info@eda.admin.ch
Mətbuat üçün təmaslar:
Avropa Şurası ilə təmas üçün: Henrietta Jirard (Henriette Girard), mətbuat xidmətinin əməkdaşı, tel.: +33 (0)3 88 41 21 41, mob.: +33 (0)6 75 65 03 39, henriette.girard@coe.int