TV SPOT

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234
567891011
12131415161718
19202122232425
262728293031

Xəbər bülleteni

Xəbər bülleteninə abunə olun:

Səsvermə: Sorğu 01

İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?

Komissar Hammarberq Azərbaycana səfər edir

image
Media azadlığı, ədliyyə sistemi, hüquq-mühafizə əməkdaşlarının davranışı və qeyri-hökumət təşkilatlarına dair qanunvericilik bazası Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqin martın 1-dən 5-dək Azərbaycana səfəri zamanı müzakirə edəcəyi əsas mövzulardır, bu, mandatının başlandığı vaxtdan onun bu ölkəyə ikinci səfəridir.

Səfərin gedişində Komissar Hammarberq Respublika Prezidenti, Xarici İşlər Naziri, Ədliyyə Naziri və Daxili İşlər Naziri ilə, habelə Baş Prokurorla və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin Rəhbəri ilə görüşməyi planlaşdırır. Daha sonra Ombudsmanla və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər planlaşdırılır.

Komissar insan hüquqlarına aidiyyəti olan bəzi yerlərə və müəssisələrə, o cümlədən Naxçıvan Muxtar Respublikasına baş çəkməyi planlaşdırır.

Cümə günü martın 5-də (vaxtla bağlı jurnalistlərə məlumat veriləcək) Avropa Şurasının Bakıdakı Ofisinidə mətbuat konfransı keçiriləcək (İçərişəhər, Böyük qala küçəsi 39-41, tel.: +994 12 497 3156 / +994 12 497 5493; fieldbaku@coe.int).  

Mətbuat üçün əlaqə ünvanları:

Bakıda
Avropa Şurasının Bakıdakı Ofisi; tel.: +994 12 497 3156 / +994 12 497 5493; fieldbaku@coe.int.  

Strasburqda
Stefano Montanari, +33 (0)6 61 14 70 37; stefano.montanari@coe.int.

 
Elanlar

Kampaniyalar
Powered By WebStudio.Az