Ana səhifə : Son xəbərlər : Moldovada keçirilən erkən seçkilər, Ukraynanın məhkəmə sistemi Venesiya Komissiyasının plenar sessiyasında müzakirə olunacaq
Moldovada keçirilən erkən seçkilər, Ukraynanın məhkəmə sistemi Venesiya Komissiyasının plenar sessiyasında müzakirə olunacaq
Tarix: 12 və 13 mart 2010-cu il
Yer: Venesiya, İtaliya (Scuola Grande di San Giovanni Evangelista)
İclas Avropa Şurasının konstitusional məsələlərə dair məşvərət orqanı olan, üzv dövlətlərə beynəlxalq standartlar əsasında demokratik cəmiyyətlərin hüquqi əsaslarına dair məsləhətlər verən Venesiya Komissiyası tərəfindən təşkil olunur.
Baxılacaq məsələlərin təsviri: 82-ci plenar sessiyasında Komissiyanın aşağıdakı məsələlərə aid qanunvericiliklə bağlı rəylər qəbul edəcəyi gözlənilir:
• Azərbaycan – normativ hüquqi aktlar; • Bolqarıstan – qanunsuz əldə edilmiş əmlakın dövlət tərəfindən müsadirəsi; • Gürcüstan – yerli özünüidarə; toplantı və nümayiş azadlığı; • Moldova – parlamentin yeni prezidenti seçə bilməməsindən sonra erkən seçkilərin keçirilməsi üçün vaxt çərçivəsi; • Çernoqoriya – ayrı-seçkiliyə qarşı müdafiə; • Türkiyə – dini icmaların statusu; • Serbiya – referendum və vətəndaş təşəbbüsü; • Ukrayna – məhkəmə sistemi və hakimlərin statusu.
Albaniyanın “təmizləmə” qanunu, Seydiç (Sejdić) və Fincinin (Finci) Bosniya və Herseqovinaya qarşı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) qaldırdığı işlər, Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanunu, Serbiya hakimlərinin və məhkəmə sədrlərinin seçilməsi meyarlarının və standartlarının layihəsi kimi məsələlərlə bağlı rəylərdən sonrakı tədbirlər bu sessiyanın gündəliyindədir.
Komissiya aşağıdakılara dair hesabatları qəbul etməyə dəvət oluna bilər: • Parlamentdə yer almağa qoyulan məhdudiyyətlər və həddlər; • Hakimlərin müstəqilliyi.
Komissiya Bolqarıstan və Serbiyanın Avropa Şurasındakı parlament nümayəndələri ilə, habelə Parlament Assambleyasının və Konqressin nümayəndələri ilə fikir mübadiləsi aparacaq.
Bütün rəylər qəbul edildikdən sonra ictimaiyyət üçün açıq olacaq və sessiyadan az sonra Venesiya Komissiyasının İnternet saytında onlarla tanış olmaq olar: www.venice.coe.int.
Mətbuat üçün əlaqə telefonları: Cümə, 12 mart – Tatyana Miçelova, telefon +33 (0)3 88 41 3868, mobil +33 (0)6 76 72 04 02 Şənbə, 13 mart – Katiblik, tel. +39 347 2490 608