TV SPOT

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930

Xəbər bülleteni

Xəbər bülleteninə abunə olun:

Səsvermə: Sorğu 01

İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?

Avropa Şurası, Avropa İttifaqı və ATƏT Azərbaycanda keçiriləcək parlament seçkilərinə yardım planlarını təqdim edirlər

image
7 aprel 2010-cu il tarixində Avropa Şurası, Avropa İttifaqı, və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkilərinin təşkilində Azərbaycan Respublikasına kömək üçün planlarını birgə təqdim etdilər.

Veronika Kotek (AŞ), Roland Kobia (Aİ) və Bilgə Cankorel (ATƏT) bayan etdilər ki, “seçki prosesi bizim təşkilatların Azərbaycandakı işi üçün, eləcə də beynəlxalq birliyin üzvü olan Azərbaycanın özü üçün mühüm prioritet təşkil edir”.

“Biz təşviq edirik ki, ölkə beynəlxalq müşahidəçilərin əvvəlki seçkilərdə müşahidə etdiyi çatışmazlıqları aradan qaldırmaqda davam etsin. Bu məqsədlə bütün aidiyyatı iştirakçıların səy göstərməsinə ehtiyac var və biz bu səyləri dəstəkləməyə hazırıq”.

Üç beynəlxalq təşkilatın yardımı aşağıdakı məsələlərə yönələcək: seçki administrasiyası və digər müvafiq iştirakçıların bacarıq və müstəqilliyinin gücləndirilməsi; bütün namizədlərin seçki kampaniyalarını müstəqil, qərəzsiz və plüralist tərzdə işıqlandırılmasını təmin edə biləcək media mühitinin dəstəklənməsi; toplaşmaq azadlığının lazımi qaydada həyata keçirilməsinin təşviqi; və seçki prosesində qadınlar da daxil olmaqla ictimaiyyətin marağı və iştirakının stimullaşdırılması.
 
Bu köməyin Azərbaycanın azad və ədalətli parlament seçkilərini keçirməyə yönəltdiyi səylərinə ən yaxşı şəkildə töhfə verməsini təmin etmək üçün, üç təşkilat dövlət orqanları və vətəndaş cəmiyyəti ilə birlikdə işləyərək, öz planlarını uzlaşdırılmış və razılaşdırılmış şəkildə hazırlayacaq.

 
Elanlar

Kampaniyalar
Powered By WebStudio.Az