Avropa Şurası Parlament Assambleyasının Prezidenti Mevlüt Çavuşoğlu 13 – 16 aprel 2010-cu il tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
Bakıda AŞPA Prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Xarici İşlər Naziri Elmar Məmmədyarov və parlamentdə təmsil olunan, eləcə də təmsil olunmayan siyasi partiyaların nümayəndələri ilə görüşləri gözlənirlir.
Cənab Çavuşoğlu həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək, Azərbaycan Dövlət Dillər Universitetində məruzə ilə çıxış edəcək. Aprelin 15-də o, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə də səfər edəcək və orada yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirəcək.
Çərçənbə günü aprelin 14-də saat 19.30-dan 19.45-dək Avropa Şurasının Bakı ofisində (39-41 Böyük Qala küçəsi, İçəri Şəhər, AZ1004) AŞPA Prezidentinin mətbuat üçün brifinqi keçiriləcək.