Ana səhifə : Son xəbərlər : Kişilərlə qadınların bərabərliyi istiqamətində irəliləyiş niyə belə zəifdir? – Bakıda Avropa Şurasının nazilər konfransı
TV SPOT
Xəbər bülleteni
Xəbər bülleteninə abunə olun:
Səsvermə: Sorğu 01
İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?
Kişilərlə qadınların bərabərliyi istiqamətində irəliləyiş niyə belə zəifdir? – Bakıda Avropa Şurasının nazilər konfransı
Tarix: 24-25 may 2010-cu il
Yer: Bakı (Azərbaycan) – Gülüstan sarayı. İstiqlaliyyət küçəsi, 1. Təşkilatçılar: Avropa Şurası və Azərbaycan Hökuməti
Təsviri: Avropa Şurasına üzv olan dövlətlər konkret qanunlar və siyasətlər qəbul etməklə qadın və kişilərin bərabərliyi istiqamətində əhəmiyyətli irəliləyişə nail olublar. Lakin faktlar göstərir ki, qanunvericilikdəki bərabərliklə praktikadakı bərabərlik arasında fərqlər qalır. Bir çox sahələrdə zəif irəliləyişə nail olunub. Məsələn, Avropada parlamentlərin üzvlərinin yalnız 21%-i qadınlardır və məvaciblərdəki mühüm fərq hələ də mövcuddur.
Qadınlarla kişilərin bərabərliyinə görə cavabdeh olan Avropa Şurası nazirlərinin “Gender bərabərliyi: de yure və de fakto gender bərabərliyi arasındakı fərqin aradan qaldırılması” mövzusunda 7-ci konfransı əldə edilmiş irəliləyişləri qiymətləndirmək və bu sahədə ləngimələri və hətta geriləmələri araşdırmaq imkanı yaradacaq.
Gender bərabərliyinə görə cavabdeh olan avropalı nazirlər tərəqqiyə nələrin əngəl törətdiyini araşdıracaq və pozitiv tədbirlərin (məsələn, qərarlarverici orqanlarda kvotalar müəyyən edilməsi və ya qadınlar tərəfindən yaradılan firmaların xüsusi olaraq maliyyələşdirilməsi) səmərəsini artırmaq yollarını, gender məsələsinin əsas istiqamətlərini və gender bərabərliyi meyarının bütün dövlət siyasətlərinə daxil edilməsini müzakirə edəcəklər. Onlar həmçinin maarifləndirmənin və medianın gender stereotipləri ilə necə mübarizə apara biləcəyini müzakirə edəcəklər.
Nazirlər bu sahəyə aid qətnaməni və Avropa Şurasının bu sahədə gələcək işinin xəritəsini cızan fəaliyyət planını nəzərdən keçirəcək və qəbul edəcəklər.
Avropa Şurasının Baş Katibinin müavini Maud de Boer Bukikkio (Maud de Boer Buquicchio) saat 10.00-da BMT Baş Katibinin müavini Aşe-Roze Migiro (Ashe-Rose Migiro) və digərləri ilə birgə tədbirin açılışında iştirak edəcək. Praktiki məlumat:
- Jurnalistlər aşağıdakı məlumatları verməklə akkreditə olunmaq üçün müraciət edə bilərlər: ad və şəxsiyyət vəsiqəsinin (pasportun) nömrəsi, kütləvi informasiya vasitəsinin və ölkənin adı, e-mail ünvanı, mobil telefonun nömrəsi. Akkreditə olunmaq üçün müraciətlər aşağıda göstərilmiş mətbuat üçün əlaqə ünvanlarına e-mail vasitəsilə göndərilməlidir. Tədbirdə iştirak etmək istəyən jurnalistlərin Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətində akkreditasiyaları olmalıdır.
- Tədbirin keçiriləcəyi yerdə iki mətbuat konfransı nəzərdə tutulur: mayın 24-də saat 10.45-də qısa brifinq, və mayın 25-də bağlanışdan sonra saat 13.00-da yekun mətbuat konfransı.
- İştirakçılarla müsahibələr üçün müraciətlər aşağıda göstərilən əlaqə ünvanlarına edilməlidir. Əlavə məlumat üçün:
Konfransın proqramı və əsas sənədləri üçün link: (Link to conference programme and key documents) Avropa Şurasının kişilərlə qadınlar arasında bərabərliyə aid İnternet saytı: (Council of Europe website on equality between men and women) Mətbuat üçün əlaqə ünvanları: