TV SPOT


Xəbər bülleteni

Xəbər bülleteninə abunə olun:

Səsvermə: Sorğu 01

İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?

Nə üçün kişilərlə qadınların bərabərliyi istiqamətində irəliləyiş belə zəifdir? – Bakıda Avropa Şurasının nazilər konfransı

image
Qadınlarla kişilərin bərabərliyinə görə cavabdeh olan Avropa Şurası nazirlərinin 7-ci konfransında iştirak edən avropalı nazirlər mayın 25-də bəyan etdilər ki, gender bərabərliyinin həm praktikada, həm də hüquqda reallığa çevrilməsi Avropada problemi olaraq qalır və qadınlara qarşı ayrı-seçkiliklə mübarizədə tərəqqiyə nail olmaq üçün gələcək tədbirlərə ehtiyac vardır.

Nazirlər “Real gender bərabərliyinə nail olmaq üçün de yure və de fakto bərabərlik arasındakı fərqin aradan qaldırılması” haqqında qətnamə və Avropa Şurasının bu sahədə gələcək işinin xəritəsini cızan Fəaliyyət Planı qəbul etdilər.

Nazirlər vurğuladılar ki, bərabər rəftara əsaslanan yanaşma bərabərsizliklə mübarizə üçün yetərli deyil və başqa strategiyalara və vasitələrə ehtiyac var. Onlar Avropa Şurasının üzvü olan 47 dövləti buna çağırdılar ki, bütün siyasi tədbirlərdə gender bərabərliyinə mərkəzi yer verən gender siyasəti strategiyasını tətbiq etsinlər, bu sahədə pozitiv tədbirləri daha da inkişaf etdirsinlər və gender perspektivi məsələsini dövlət büdcələrinə daxil etsinlər. Onlar dedilər ki, yalnız bu tədbirlərin vasitəsilə konkret gender bərabərliyi siyasətlərində boşluqları doldurmaq və bununla da əlavə bərabərsizliklərə gətirib çıxarmayan ardıcıl qlobal siyasətə şərait yaratmaq mümkün olacaq.

Qətnamədə nazirlər həmçinin üzv dövlətləri stereotiplərlə mübarizəyə çağırdılar, çünki onlar qadınların inkişafında əsas maneədir və onlara qarşı ayrı-seçkiliyin kökündə durur. Onlar vurğuladılar ki, bu, sosial və mədəni dəyişikliklər sahəsində qətiyyətli addımlar tələb edir, gender stereotiplərinin dağıdılmasında, cinslərin yeni obrazlarının yaradılmasında və real gender bərabərliyinə nail olmaqda təhsil və media mühüm əhəmiyyət kəsb edə bilər.
Hazırkı maliyyə, iqtisadi və sosial böhranla bağlı onlar qeyd etdilər ki, gender bərabərliyinə məsrəflər yükü kimi deyil, dəyərli investisiya kimi baxılmalıdır, çünki o, cəmiyyətə onun bütün üzvlərinin səriştəsindən, bacarıqlarından və yaradıcı imkanlarından tam istifadə etməyə imkan verə bilər.

Nazirlər bəyan etdilər ki, dövlətlər:

- faktiki bərabərliyə nail olmaq məqsədi daşıyan, adekvat personalla və maliyyə vəsaiti ilə təchiz olunmuş milli fəaliyyət planlarını hazırlamalı;

- siyasi, ictimai və iqtisadi qərarların qəbulunda qadınlarla kişilərin balanslı iştirakını təşviq etməyə yönələn, konkret məqsədləri olan siyasətləri həyata keçirməli;

- qadınları iqtisadi müstəqilliyini təşviq etməli və əmək bazarında, iş və dərs vaxtlarının təşkilində, məvaciblərdəki fərqlərdə və ev təsərrüfatı işlərinin paylaşılmasında kişilərlə bərabərliyə riayət edilməsini təmin etməli;

- qadınlara qarşı gender əsaslı zorakılığın qarşısını almalı və onunla mübarizə aparmalı və əlverişsiz vəziyyətdə olan qruplara, məsələn, miqrant qadınlara və qızlara, seksual oriyentasiyasına və ya cinsi mənsubiyyətinə görə qadınlara və qızlara, habelə cinsini dəyişmiş şəxslərə, əlil qadınlara və qızlara qarşı çoxtərkibli ayrı-seçkiliklə mübarizə aparmalıdırlar.

Onlar həmçinin Qadınlara qarşı zorakılığın qarşısını alınması və onunla mübarizə haqqında Avropa Şurası Konvensiyasının qəbulunu yekunlaşdırmağa çağırdılar.

Fəaliyyət Planında gender məsələlərinin büdcədən maliyyələşdirilməsinə dair tövsiyələrin hazırlanması, Avropadakı pozitiv tədbirlərə dair siyasətlərin qiymətləndirilməsi və böhranın əmək bazarında qadınlara qarşı ayrı-seçkiliyə göstərdiyi təsirlərlə mübarizə üçün tədbirlərin hazırlanması kimi məsələlər yer alıb. Digər addımlar pozitiv tədbirlərə, gender bərabərliyinə nail olmaqda kişilərin rolunun genişləndirilməsinə və təhsildə və mediada stereotiplərlə mübarizəyə dair rəhbər müddəaların üç toplusunun hazırlanmasını özündə ehtiva edir.  

Əlavə məlumat üçün:

Avropa Şurasının kişilərlə qadınlar arasında bərabərliyə aid İnternet saytı:
http://www.coe.int/t/dghl/standardsetting/equality/default_en.asp


Mətbuat üçün əlaqə ünvanları:

Bakıda: İlqar İbrahimli, ilgar.ibrahimli@coe.int, Tel.: +994 12 497 54 93 Mob.: +994 50 386 83 97.

Strasburqda: Jayme Rodriges (Jaime Rodríguez), Tel.: +33 (0) 390 21 47 04, jaime.rodriguez@coe.int
 
Elanlar

Kampaniyalar
Powered By WebStudio.Az