TV SPOT

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930

Xəbər bülleteni

Xəbər bülleteninə abunə olun:

Səsvermə: Sorğu 01

İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?

Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisi

image

Hazırda Avropa Şurası genişlənərək özündə 800 milyondan artıq avropalını birləşdirir. Avropa Şurası Avropa İnsan Haqları Konvensiyasına və fərdlərin müdafiəsinə dair digər aidiyyatı sənədlərə əsaslanaraq ümümavropa səviyyəsində ümumi və demokratik prinsiplərin inkişaf etdirilməsinə yönəlib. Təşkilat 1949-cu ildə təsis edilib və mərkəzi qərargahı Strazburqda (Fransa) yerləşir.
Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisi Azərbaycan Respublikasının Hökuməti və Avropa Şurası arasında 4 noyabr 2002-ci il tarixində imzalanmış Anlaşma Memorandumu əsasında təsis edilib.
Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin əsas vəzifəsi Avropa Şurasının fəaliyyəti, təşkilatın məqsəd və fəaliyyəti haqqında geniş ictimaiyyəti məlumatlandırmaq və bunu Avropa standartlarına, xüsusilə də qurumun fəaliyyətinin  əsasını təşkil edən insan haqları məsələlərinə dair təfsilati izahatlar verməklə təmin etməkdir.
Biz həmçinin dövlət strukturlarını, ictimai təşkilatları və vətəndaşları onların sorğuları və ya Ofisin öz təşəbbüsü ilə materiallarla təmin edirik.
Bir neçə illik fəaliyyətdən sonra, Ofis 2006-cı ildə Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən İlin Hüquq Maarifçisi mükafatına layiq görülmüşdür.

Missiya
Ofisin əsas vəzifəsi Azərbaycanın daha geniş Avropaya inteqrasiya olunmasını sürətləndirmək niyyəti ilə ölkədə demokratiya və vətandaş cəmiyyətinin inkişafına tövhə verməkdir.

Ofis Avropa Şurası tərəfindən irəli sürülən müxtəlif layihələri (nəşrələri, müsabiqələri, seminar və digər tədbirləri) həyata keçirir.

Ofisin məqsəd və fəaliyyətləri

• Avropa Şurasının sənədlərinin və xüsusi maraq doğuran digər materialların Azərbaycan dilinə tərcüməsi, onların nəşr və yayımının təşkil edilməsi, Azərbycan ictimaiyyətinin bu sənədlərə ana dilində tam çıxışına nail olunması;
• Avropa Şurası, onun fəaliyyəti və standartalrı haqda məlumatları yaymaq;
• Fərdlərə, QHT-lərə və siyasi qurumlara Avropa Şurası ilə əlaqələrin yaradılmasına kömək etmək;
• Müxtəlif səviyyələrdə Avropa Şurasının qaydaları və standartları haqda biliklərin artırılması istiqamətində fəaliyyət göstərmək;
• Avropa Şurasının əməkdaşlıq proqramlarının və digər layihələrinin Azərbaycanda həyata keçirilməsinə tövhə vermək və dəstəkləmək;
• Avropa Şurası ilə eyni sahələrdə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarla əməkdaşlığı dəstəkləmək;
• Dövlət strukturları və QHT-lərə maraqlı olan Avropa Şurası sənədlərin seçilməsi və yayılması;
• Avropa Şurası çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştirak etmək;
• Avropa Şurasının fəaliyyəti haqda mətbuat, dövlət və digər qurumları nümayəndələrinin iştirakı ilə seminarlar, dəyirmi masalar və konfranslar və müsahibələr təşkil etmək;
• Avropa Şurası kampaniyaları çərçivəsində həyata keçirilən tədbirlərə milli səviyyədə dəstək vermək;
• Mətbuat konfransları, mətbuat üçün açıqlamaların tərcüməsi və yayılması, qəzetlər və radiolarla mütamadi əlaqə vasitəsi ilə KİV-lərdə Avropa Şurasını təşviq etmək, Şuras haqda geniş ictimaiyyət arasında düzgün xəbərlərin yayılmasını təmin etmək;
• Demokratiya, insan haqları və qanunun aliliyi sahələrində fəaliyyət göstərən vətəndaş cəmiyyəti, yerli və beynəlxalq təsisatlarla və tanınmış şəxslərlə əlaqələrin və əməkdaşlığın yaradılması;
• Avropa İnsan Haqları Məhkəməsi haqqında məlumatların təmin edilməsi;
• Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək istəyən şikayətçilərə ərizə formaları və izahatedici təlimatların verilməsi, eyni zamanda Avropa Məhkəməsinə müraciətetmə prosedurları haqda məlumatın verilməsi. 

Ofisdə əldə edə biləcəkləriniz

• Seminarların, təlimlərin, görüşlərin və Avropa Şurasının fəaliyyətlərinə aid olan digər tədbirlərin təşkili üçün Ofisin konfrans zalı;
• Avropa Şurasının sənədlər toplusu;
• Avropa Şurası və aidiyyati olan digər internet səhifələrinə sərbəst çıxış.
Ofisin fəaliyyəti əsasən aşağıdakı qruplara yönəlib:
• Ölkənin ən vacib inkişaf potensialı olan gənclər və tələbələr;
• Siyasətçilər;
• Hüquqşünaslar, dövlət qulluqçuları, alimlər, hüquq müdafiəçiləri də daxil olmaqla müxtəlif ekspertlər.
• Geniş ictimaiyyət

Əlaqələrimiz
Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisi
39-41 Böyük Qala, İçəri Şəhər, Bakı, AZ1004
Tel: +994 12  497 54 93; 497 54 89; 497 31 56
Fax: +994 12 497 23 95
electron poçt: fieldbaku@coe.int
Internet: http://www.coe.az

 

 
Elanlar

Kampaniyalar
Powered By WebStudio.Az