Avropa Şurasının Ofisində fəaliyyət göstərən kitabxana
Avropa Şurasının Ofisində fəaliyyət göstərən kitabxanada siz Avropa Surasının təşkilati quruluşu və onun ən vacib bölmələri olan Nazirlər Komitəsinin (Qətnamə və Tğvsiyyələr), Parlament Assambleyassının (Müzakirələr və qəbul edilən mətnlər) və Avropa Yerli və Regional Hakimiyyətlərin Konqresinin fəaliyyəti haqqında nəşrlərlə tanış ola bilərsiniz. Kitabxananın kolleksiyasına Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi sənədləri və izahedici hesabatları, Avropa Şurasının konvensiyaları daxildir. Ofisin kitabxanası dövri mətbuatla birlikdə 1000 sənəd və nəşrlə oxuxulara xidmət göstərir. Kitabxana müntəzəm olaraq Avropa Şurasına aid olan yeni nəşrlər və sənədləri qəbul edir. Ənənəvi nəşrlərdən əlavə oxucular və kitabxana ziyarətçiləri asanlıqla audio-vizual sənədlər, Avropa Şurası tədbirlərinin protokolları və press-relizləri də əldə edə bilərlər. Avropa Şurasının rəsmi dilləri İngilis və fransız dilləri olduğuna görə, kitabxanada olan kitab və sənədlər toplusunun əksər hissəsi bu dillərdədir. Lakin Ofisin özünün ən əsas vəzifələrdən biri olan Avropa Şurasının rəsmi sənədlərinin və nəşrlərinin Azərbaycan dilinə tərcümə edilməsi ilə məşğuldur və bu işdə oxucuların iştirakı da olduqca əhəmiyyətlidir. Belə ki, tərcümələr zamanı maraq kəsb edən sənədlərə daha çox üstünlük verilir. Kitabxananın külliyyatı Avropa Şurasının mərkəzi qərəgahının məsləhət və tövsiyyələri əsasında təşkil olunub aşağıdakı hissələrdən ibarətdir:
A Məsləhətlər və ümumiləşdirmələr B Konvensiyalar C Protokollar və qəbul olunmuş mətnlər D Siyasi və təsisatlaşmış əlaqələr və demokratiya E İnsan hüquqları F Media G İctimai məsələlər H Təhsil, mədəniyyət, idman İ Gənclər J Səhiyyə K Ətraf mühit L Yerli və regional demokratiya M Hüquqi əməkdaşlıq
Daimi kitabların külliyyatından əlavə Avropa Şurasının müxtəlif fəaliyyət növlərini əks etdirən broşuralar oxucuların ixtiyarına verilir. Maraqlananlar üçün qeyd edək ki, kitabxana bazar ertəsindən cümə gününə qədər hər gün saat 9:00-dan 18:00 –dək fəaliyyət göstərir.
Arzu edənlər kitabxananın oxu zalında işləyə bilərlər.
• Geniş oxucu zalı oxucuların ixitiyarına verilir. Kitablar külliyyatından ancaq oxu zalında istifadə etmək mümkündür. • Bütün qonaqlar acıq kitabxanada İnternet şəbəkəsinə qoşulan kompyüterdə Avropa Şurasının və onun Bakıdaki İnformasiya Ofisin saytlarından rahat şəkildə istifadə edə bilərlər. • Kitabxanada olan kseroks aparatından istifadə edərək 20 səhifəyə qədər pulsuz surət çıxarmaq mümkündür.