TV SPOT

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234
567891011
12131415161718
19202122232425
262728293031

Xəbər bülleteni

Xəbər bülleteninə abunə olun:

Səsvermə: Sorğu 01

İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?

“Media müxtəlifliyi: həqiqi demokratiyanın əsasıdır”

image

Hökümətlər öz ölkələrindəki mətbuatdan şikayətlidirlər; onlara elə gəlir ki, verdikləri bəyanatlar təhrif edilir və ədalətsiz tənqidə məruz qalır. Həqiqətən də tam ciddi və peşəkar olmayan KİV-lər də mövcuddur. Lakin bu problemin şişirdilməsinə ehtiyac yoxdur və bu nəhəng tədbirlərin və ya dövlət nəzarətinin həyata keçirilməsi üçün bəhanə ola bilməz. Əksinə, hökümətlər daxili intizamın könüllü təşviq edilməsinə yönələn siyasət aparmalı və KİV-lərdə mövqelərin müxtəlifliyini daha geniş təmin etməlidirlər. Demokratiya məhz bunu tələb edir və eyni zamanda bu demokratikləşmə prosesinə tövhə verir.

Redaktorlar və KİV-lərin digər nümayəndələri bəzi reportajların keyfiyyəti ilə bağlı səslənən tənqidə əsaslı surətdə nəzər salmalıdırlar. Jurnalistlərin hazırlıq səviyyələrinin yüksəldilməsi və etik məcəllələrin qəbul edilməsi və mətbuat işləri ilə bağlı şuraların yaradılması da daxil olmaqla özünü-tənzimləmə sisteminin inkişafı böyük əhəmiyyət kəsb edir.

Lakin KİV-in əsas problemləri aşağıdakılardır: çox az sayda vacib məlumat yayılır və həddindən çox müxtəlif şaiyələr eşidilir.

İnternetin siyasi məsələlərə dair demokratik dialoqun genişlənməsi üçün yaratdığı yeni imkanlara baxmayaraq, KİV-lər təbii ki, ümumi maraq kəsb edən xəbərlərin əsas təminatıçısı rolunu oynayacaq və ictimai müzakirələrin aparıldığı əsas meydan olaraq qalacaqdır.

Bütün dünyada KİV-in fəaliyyətində, xüsusilə də teliviziya məkanında hökumət və iri biznesin maraqları üstünlük təşkil edir və bu, iri sərmayələri nəzərə alsaq, müəyyən dərəcədə qaçınılmazdır. Eyni zamanda bu rəqabətin stimullaşdırılmasını və KİV strukturlarının demokratikləşməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsini daha vacib edir. Ən minimal tələb müxtəlif KİV-lərin arxasında duranlar haqda məlumatın şəffaflığıdır.

Hərdən deyirlər ki, istehlakçıların gözü tərəzidir. Həddindən artıq təbliğatçı mahiyyətə malik olan KİV-ləri sadəcə olaraq  oxumurlar, izləmirlər və dinləmirlər. Lakin seçim olmadığı və ya çox az olduğu halda problem qalmaqda davam edir. Xarici radionu dinləmək və ya peyk televiziyasını izləmək üçün artan imkanların əhəmiyyəti vardır, lakin bu, dil və digər sədləri nəzərə alsaq, bir çoxları üçün heç də ən real alternativ deyil.

KİV sahəsində aparılan demokratik siyasətdə bir neçə mühüm prinsip mövcuddur: hökümətlər və parlamentlər həqiqi rəqabətə yardım etməlidirlər; dövlət statusuna malik rəsmi KİV-lər tərəfsiz və cəmiyyətin bütün üzvlərinin maraqlarına uyğun fəaliyyət göstərməlidir; hökümətlər isə şəffaf olmalı və özlərinə aid olan məlumatlara çıxışı təmin etməlidirlər.


Birincisi: rəqabət.
Daha geniş mövqeləri əks etdirmək üçün Avropada, bir çox hallarda azlıqlara mənsub olan kiçikölçülü KİV-ləri maliyyələşdirən hökümətlər və parlamentlər var. Lakin digər hökümətlər, özlərinin mənfi münasibəti olduğu KİV-lərin nüfüzunu fəal şəkildə aşağı salır və bununla da azad rəqabəti pozurlar.

Televiziya və radio teazliklərinin bölüşdürülməsi bəzi hökümətlərin keçə bilmədiyi sınaqdır. Bu sahədə qərar qəbul edən dövlət orqanları razılaşdırılmış, obyektiv meyarlar əsasında fəaliyyət göstərməli və daha müstəqil ərizəçilərə qarşı ayrıseçkilik göstərməməlidirlər.

Bəzi ölkələrdə digər problem ondan ibarətdir ki, hökumətlər özlərnə “loyal” KİV-lərdə reklam yerləşdirməklə özəl şirkətlərə bu nümunəni izləməklə bağlı mesaj göndərirlər. Bu da reallıqda müstəqil KİV-lərin boykot edilməsinə gətirib çıxarır.

Müstəqil KİV-lərə qarşı digər diskriminativ tədbirlər də həyata keçirilir; bu tədbirlərin bəziləri yəqin ki, bu cür KİV-lərin müflisləşməsinə yönəldilib. Bu yanaşmanın nümunələri kimi deffamasiya və böhtanla bağlı məhkəmə işlərini, eləcə də tipoqrafiya kağızlarının və nəşriyyat xidmətlərinin əldə edilməsində, həmçinin qəzetlərin yayılmasında süni manelərin yaradılmasını qeyd etmək olar. Bu cür hərəkətlər fikri ifadə etmək azadlığının pozulması kimi qəbul edilməlidir.

Real alternativlərin olması vacibdir. Bir dəfə keçmiş SSRİ respublikasının birinin Ombudsmanından öz ölkəsində insan haqları sahəsində ən cöx hansı islahatı vacib hesab etdiyini soruşdum. Onun cavabı -  “həqiqətən müstəqil televiziya kanalı!” oldu. Onun fikrincə, bu, cəmiyyətdə açıq və azad müzakirələrin aparılması və problemlərin düzgün monitorinqi istiqamətində ən səmərəli vasitə olardı.

İkincisi: “rəsmi” KİV-lərin rolu.
Onlar tərəfsiz və bütün əhalinin maraqlarına uyğun fəaliyyət göstərməlidirlər. Həqiqətən də onlar, kommersiya maraqları ilə müəyyənləşən əyləncəli KİV-lərə opponentlik təşkil edə bilərlər.

Əksər hallarda vergi ödəyicilərinin və ya digər ictimai vəsaitlərin hesabına maliyyələşən “İctimai” KİV-lər bəzi siyasətçilərin təbliğat vasitəsinə çevirilməməlidir. Bu KİV-lərin müstəqilliyi və tərəfsizliyi böyük əhəmiyyət kəsb edir, bu prinsiplər ümumi razılaşdırılmış təlimatlar və direktorların düzgün təyinatı qaydaları əsasında müdafiə edilməlidir. 


Üçüncü: dövlət hakimiyyətinin şəffaflığı
KİV mədəniyyəti nəzərə çarpan dərəcədə hakimiyyətin hətta həssas məsələlərdə belə onlardan informasiya istəyən jurnalistlərə qarşı münasibətindən asılıdır.

Hökumətin qərarları və fəaliyyəti ilə bağlı məlumat tələb etməyə dair KİV-lərin qanuni maraqları var. Vətəndaşlar seçmiş olduqları rəhbərlərin fəaliyyəti haqqında məlumat almaq hüququna malikdirlər. Bu halda KİV-lər vətəndaşların nüməyəndələri qismində çıxış edə bilərlər. Buna görə də hökumət məlumatlarına açıq çıxış demokratiyanın prioritet prinsiplərindəndir.

Nazirlərin geniş müsahibələr verməsi kifayət deyil. Vətəndaşların, o cümlədən jurnalistlərin rəsmi orqanlardan yazılı sənədlər və digər məsələlər haqda məlumatlar əldə etmək hüququ üçün qanuni əsas olmalıdır. Bu şəffaflıq qaydalarına aid olan istisnalar dəqiq  tənzimlənməli və bunlara ancaq qanuni dövlət sirlərinin qorunması məqsədi ilə icazə verilməlidir.

Xəbərlər və siyasi məlumatların bir vaxtlar hakimiyyət tərəfindən ciddi surətdə idarə edildiyi keçid dövrü ölkələrində bu problemlər əvvəlki kimi kəskin olaraq qalmaqdadır. Lakin bu məsələlərin ümumavropa miqyasında müzakirə edilməsinə ehtiyac var: KİV bazarında həqiqi rəqabət mövcuddurmu? Dövlət KİV-ləri öz rolunu düzgün ifa edə bilirmi? Hökumətlər həqiqətənmi şəffafdırlar?
 
Tomas Hammarberq
Avropa Şurası, İnsan Hüquqları üzrə Müvəkkil

 
Elanlar

Kampaniyalar
Powered By WebStudio.Az