Avropa Şurası Baş Katibinin müavini Maud de Boer-Bukuiçio
Hər gün Avropada uşaqlar cinsi zəmində təhqiredici rəftara məruz qalır. Hesablamalara görə Avropada uşaqların 10-20%-i erkən yaşlarda cinsi zorakılığa məruz qalır. Uşaqlara qarşı cinsi zorakılığın müxtəlif formaları ola bilər: yaxın qohumlar arasında cinsi əlaqədən tutmuş fahişəlik, pornoqrafiya, görüş zamanı zorlama və təsisatlarda cinsi zəmində baş verən təhqiredici rəftara qədər. İnternetin inkişafı yeni təhlükələr gətirir. İnternet məkanı öz potensial qurbanlarını “bəsləyən” seksual həşaratlarla doludur. Cinsi zəmində təhqiredici rəftara məruz qalmış 20 000-dən artıq uşaqla bağlı məlumat bazasına malik olan İnterpol bu yaxınlarda Vyetnam və Kambocada gənc oğlanlara qarşı təhqiredici rəftara görə məsuliyyət daşıyan şəxsin müəyyənləşdirilməsində kömək etmək üçün misilsiz qlobal çağırış etmişdir. Bir neçə gün öncə İnternetdə uşaq pornoqrafiyasının təsvirlərini yerləşdirməkdə şübhəli bilinən 310 nəfər Fransada həbs edilmişdir.
Bunlar faktlardır. Canilər öz bəd əməllərini həyata keçirir, lakin səylərimizə baxmayaraq cavabımız hələ də kifayət etmir. On minlərlə uşaq tək zülmkarların deyil, eyni zamanda gizlilik və inkarın da qurbanlarına çevirilirlər. Təhqiredici rəftrara məruz qalmış uşaqların və sarsıntı keçirmiş yeniyetmələrin əksəriyyəti çəkdikləri əzablar haqda danışmırlar. Görünməyəni aydın etməyin zamanı gəlib çatıb. Artıq oyanmaq və müvafiq tədbirlərin görülməsi vaxtıdır. Uşaqların cinsi zəmində istismar və təhqiredici rəftardan qorunmasına dair Avropa Şurasının yeni Konvensiyası hər ikisini təmin edir.
Konvensiya qurbanlar üçün önləyici və yardımçı tədbirlərin gucləndirilməsini, cinayətkarların təqib edilməsini və beynəlxalq əməkdaşlığı nəzərdə tutan xüsusi vasitələri özündə ehtiva edir. Bu sənəd bütün dünyada seks turistlər üçün təhlükəsiz sığınacaqların yaradılması ilə nəticələnən bir neçə ikili cinayətkarlıq boşluqlarının qapanmasını nəzərdə tutub.
Konvensiya zərərçəkmiş uşaqların reabilitasiyası üçün göstəriləcək köməyin standartlarını müəyyən edir və uşaqların iki dəfə zərbə almamasının təmin edilməsi üçün hökumətlərdən uşaqlara münasib təhqiqat və məhkəmə prosedurlarını qəbul etmələrini tələb edir. Ağır sınaqdan keçərək onlar yenidən cinayət-axtarış təhqiqatına məruz qalırlar. Uşaqlara münasib olan prosedurların milli səviyyədə kifayət qədər müsbət təcrübə və nümunələri mövcuddur. Məsələn, İslanidyanın Uşaqlar Evi modeli bəzi Skandinaviya dövlətlərində tətbiq edilir. Bu model təsisatlararası sıx əməkdaşlığa əsaslanır və uşaqları təkrarlanan söhbətlərdən və təhqiredici rəftardan aldıqları sarsıntılardan müdafiə edərək təhqiqatın aparılmasına və mümkün qədər çox aidiyyati məlumatların toplanılmasına yardım edir. Uşaqlar Evi məhkəmə dinləmələrinin, tibbi müayyinənin təşkilini, uşaqlar üçün məsləhətlərin və təlimatların verilməsini, onlara psixiatrik müalicə və dəstəyin verilməsini nəzərdə tutur. Bu, əlbətdə ki, Konvensiyanın şərtlərinin praktikada necə tətbiq olunmasının çox gözəl nümunəsidir.
Yeni konvensiyaya tərəfdar çıxanlar İnternetin böyüklər tərəfindən cinsi zəmində istismar və təhqiredici rəftar məqsədi ilə uşaqlarla əlaqə yaradılması cəhdlərini cinayət əməli kimi qəbul edəcəklərinə dair öhdəlik daşıyırlar. “Bəslənmə” adlanan proses son dərəcə təhlükəli bir təcrübədir. Bu yolla canilər davamlı psixoloji manipulyasiya hərəkətləri vasitəsi ilə uşaqların müqavimətini dəf edə bilirlər. Bu, həmçinin təhqiredici rəftar baş verdikdən sonra uşaqların sükut saxlaması üçün də istifadə edilir.
Konvensiya uşaq pornoqrafiyasının bütün aspektlərini – istehsaldan tutmuş yayıma, uşaqların iştirak etdiyi pornoqrafik materiallara sahibolma və ya bilərəkdən bu materiallara çıxış əldə etməyə qədər – birmənalı və hərtərəfli olaraq cinayət əməli kimi təqdim edir. Bundan əlavə seksual məqsədlərlə uşaqlara qarşı törədilən təhqiredici rəftarın səhnələrinin açıq şəkildə nümayiş etdirilməsi də cinayət əməli kimi qəbul edilir.
Təcrübə göstərir ki, cinsi zəmində təhqiredici rəftarın qurbanı olmuş uşaqların bir çoxu yetkinlik yaşına çatana qədər onlara qarşı törədilən təhqiredici hərəkətlər haqda müxtəlif səbəblərə görə danışa bilmirlər. Bir çox hallarda bu, məhkəmə araşdırılması müddətinin sona yetməsi deməkdir. Bu səbəbdən Konvensiya cinsi zəmində uşaqlara qarşı törədilən təhqiredici hərəkətlərin araşdırılması müddətinin onaların yetkinlik yaşına çatdıqdan sonra hesablandığını şərtləndirir. Bu, digər boşluğu effektiv şəkildə aradan qaldırır və təhqiredici rəftara qarşı uşaqların müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirir. Konvensiya həmçinin müvafiq təlimlərin keçirilməsini və uşaqlarla daimi ünsiyyətdə olan insanların düzgün seçilməsini və cinsi zəmində uşaqlara qarşı təhqiredici hərəkətləri törətmişlərlə və eyni zamanda belə hərəkətləri törətməkdən ehtiyat edənlərlə bağlı bir neçə önləyici tədbilərinin həyata keçirilməsinə dair tələblər də irəli sürür.
Sənəd 25 Oktyabr 2007-ci il tarixində Avropanın Ədliyyə Nazirlərinin Lanzarotda keçirilən Konfransında imzalanma üçün açıq elan ediləcək. Bu andan etibarən biz zamanla mübarizə aparacağıq. Konvensiya uşaqların müdafiə olunmasında həqiqi dəyişiklik edə bilər, lakin ilk öncə sənəd qüvvəyə minməlidir. Bunun baş verməsi üçün sənəd beş dövlət tərəfindən ratifikasiya edilməlidirç bunlardan ən azı üçü Avropa Şurasına üzv olmalıdır. Tam səmərəli olması üçün isə sənəd həm Avropada, həm də bütün dünyada daha çox dövlət tərəfindən ratifikasiya edilməlidir. Təbii ki, hokümət və parlament səviyyələrində məsələləri daha da sürətlindirmək üçün hərdən təcili və vacib səbəblər də olur. Konvensiyanın qüvvəyə minməsi təhqiredici rəftara məruz qalmış uşaqlara köməyin göstərilməsində və digər uşaqların eyni aqibətlə üzləşməməsində həqiqi dəyişiklik edəcək.