TV SPOT

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234
567891011
12131415161718
19202122232425
262728293031

Xəbər bülleteni

Xəbər bülleteninə abunə olun:

Səsvermə: Sorğu 01

İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?

Köləliyin yeni forması olan insan alveri ilə Avropanın mübarizəsi

image

Avropa köləliyə 200 il bundan əvvəl son qoymuş ola bilər, lakin o, tamamilə məhv edilməmişdir. Avropanın müxtəlif yerlərində cinayətkar dəstələr insan alveri vasitəsilə varlanırlar və bir çox hökümətlər bunun qarşısını almaq üçün yetərli səy göstərmirlər.

İnsan alveri cinayətin heç də ən gizli forması deyil. Onun qurbanlarına hər axşam Avropa Şurasının Strazburq şəhərində yerləşən qərərgahının yaxınlığındakı kanalın sahillərində və Azərbaycanın şəhərlərində, eləcə də bütün Avropada rast gəlmək olar. Üzlərindəki ağır makiyaj onların iztirab və çarəsizliklərini gizlədə bilmir.  Bəzi hallarda isə polis onları öz doğma vətənlərinə deportasiya edir. Bir çox hallarda isə deportasiya edilmələri haqqında verilən qərara atılan imzanın mürəkkəbi qurumamış onlar, Avropanın digər bucağında yenidən köləliyə geri qayıtmağa məcbur edilirlər.

Təəsüflər olsun ki, cinayərkarların hər zaman bir adam öndə olduğu görünür. İnsan alverçiləri varlandığı vaxt bunun dəyərini onun qurbanları ödəyirlər. İnsan alverinin ən çox rast gəlinən motivi cinsi istismar olsa belə məcburi əmək, katorqa işləri və orqanların alınması da bu cinayətin motivləri arasındadır.

Bu təəssüf doğurucu və utanc verici vəziyyətə son qoymaq üçün Avropa Şurası 2005-ci ildə insan alverinin qarşısını almaq, cinayətkarları məsuliyyətə cəlb etmək, qurbanlara kömək etmək və hökümətlərin imza atdıqları öhdəliklərə əməl etmələrindən əmin olmaq üçün monitorinq mexanizmləri yaratmaq məqsədil ilə olduqca mühüm olan yeni Konvensiya ixtira etmişdir.

Konvensiya 1 Fevral tarixindən etibarən qüvvəyə minmiş və onu ratifikasiya edən on ölkədə - Albaniya, Avstriya, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Gürcüstan, Moldova, Rumıniya və Slovakiyada elə həmin gün hüquqi təsirə malik olmuşdur. Konvensiyanı Yanvar ayında ratifikasiya edən Bosniya və Herseqovina, Fransa və Norveçdə isə o, 1 May tarixindən etibarən qüvvəyə minəcək.

Konvensiya insan alverindən zərər çəkənləri cinayətin günahkarları olaraq deyil, qurbanları olaraq dəyərləndirən ilk beynəlxalq sazişdir. O, onların insan hüquqlarını və şəxsi ləyaqətlərini qorumaq, həyatlarını yenidən qurabilmək üçün onlara həqiqətən şans vermək və bu müasir köləliyi dəmir barmaqlar arxasına salmaq üçün hazırlanmışdır .

İnsan alveri ilə mübarizə mümkün olan ən geniş beynəxalq əməkdaşlıq tələb edir və həm cinayətin mənbəyi olan ölkəni, həm tranzit ölkəsini, həm də son varış ölkəsini ehtiva etməlidir. Konvensiya təkcə Avropa Şurasına üzv olan 47 ölkəyə deyil, həm də qeyri-Avropa ölkələrinə də açıqdır və beləliklə də qlobal problemə qlobal cavabın verilməsinə şərait yaradır.

Önləyici tədbirləri cinayətin mənbəyi olan ölkələrdə gələcək qurbanlarını axtaran cinayətkarlar tərəfindən manipulyasiya və yalan məlumatın yayılmasının qarşısını almaq üçün maarifləndirmə işlərini ehtiva edir. Digər tərəfdən isə son varış ölkəsinin hökümətləri tələbatın qarşısını almaq üçün fəaliyyət göstərməlidirlər. Praktiki cəhətdən isə bu o deməkdir ki, istənilən ölkədə fahişəliyin hüquqi statusundan asılı olmayaraq, səlahiyyətli orqanlar insan alverinin qurbanları olduğunu bilərək onlarla cinsi əlaqədə olmaq üçün pul ödəyən şəxsləri cinayət məsuliyyətinə cəlb etməlidirlər. Əlbəttə bu tələbatı aşağı salmağın yeganə yolu deyil: maarifləndirmə təşəbbüsləri və təlim də insan alverinin tələbat tərəfinin aşağı salınmasının mühüm cəhətlərindəndir.

Konvensiya insan alverinin qurbanlarına bərpa və düşünmək üçün 30 günlük müddət və polislə əməkdaşlığa səbəb olmayacaq müvəqqəti yaşamaq icazəsi  mümkünlüyünü təqdim edir. Bu, insan alveri ilə məşğul olanların cinayət məsuliyyətinə cəlb olunması baxımından könüllü əməkdaşlığın daha yaxşı nəticələr verə biləcəyini nümayiş etdirən Avropa Şurasına üzv  olan bir sıra dövlətlərin təcrübəsinə əsaslanıb.
Konvensiya Avropada insan alverinin səviyyəsini nəzərə çarpan dərəcədə azaltmaq potensialına malikdir. Onun qüvvəyə minməsi çox mühüm addımdır lakin bir çox ölkələr – onların bir çoxu bu ticarətin varış nöqtəsində yerləşir – onu hələ ratifikasiya etməyiblər və bu məsələdə ayaqlarını yubadırlar. Bu məsələni qaldıranda isə hökümətlər qeyri-qanuni miqrasiya ilə bağlı öz qorxularını əsas gətirirlər, lakin aydındır ki, onlar problemi düzgün anlamırlar. Açıq danışsaq insan alverinin qurbanını qanunsuz miqrant kimi dəyərləndirmək, cinsi zorlamanın qurbanının əxlaqsız cinsi əlaqədə günahlandırmaq kimi bir şeydir. Eyni ilə qurbanların əksəriyyəti bilməlidir ki, onların işi ekzotik rəqslərdən daha da irəli gedəcək aqrqumenti də provakativ geyimin cinsi istismara dəvət olmasını iddia edən arqumentlə eyni çəkiyə malikdir. Heç kəs istənilən şərait altında başqasını azadlıqdan məhrum etmək və onu öz nsan hüquqlarını pozacaq və şəxsi ləyaqətini alçaldacaq hərəkətlərə sövq etmək hüququna malik deyil.

Avropada insan alverinə son qoymağın vaxtıdır və Konvensiyanın qüvvəyə minməsi bunu etmək üçün belə bir imkan yaradır. Məhz ona görə də onu hələ də ratifikasiya etməyən və hətta imzalamayan ölkələr artıq gecikmədən bunu etməlidirlər.

Terri Devis
Avropa Şurasının Baş Katibi

 

 
Elanlar

Kampaniyalar
Powered By WebStudio.Az