TV SPOT

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728
293031

Xəbər bülleteni

Xəbər bülleteninə abunə olun:

Səsvermə: Sorğu 01

İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?

Avropa Şurasının Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransı

image

Avropa Şurası QHT-lər qismində cəmiyyətin dinamik elementləri ilə əlaqələrdən geni şəkildə faydalanır. Təşkilatın üzləşdiyi əsas çağırışlardan biri yeni üzv dövlətlərdə QHT və vətəndaş cəmiyyətin rolunu artırmaq və və Pan-Avropa əsasında iştirak demokratiyasını gücləndirməkdir. Avropa Şurasının əməkdaşlıq proqramları tərəfdaş QHT-rə etibar edir və demokratik islahatlar üzrə mərkəzləşir.

Avropa Şurasının Beynəlxalq QHT-lərin Konfransı
Avropa Şurasının Beynəlxalq QHT-lərin Konfransı (İNGOs) Avropa Şurasında iştirakçı statusu olan Beynəlxalq QHT-lərdən təşkil olunub. Avropa Şruası bu status vasitəsilə Beynəlxalq QHT-ləri hökumətlərarası fəaliyyətlərə cəlb edir və parlament və mühüm sosial məsələlər üzrə yerli və regional hakimiyyət üzvləri və assosiasiyalar arasındakı dialoqu təşviq edir.  

Məsləhətçi və iştirakçı status
Beynəlxalq QHT-lər 1952-ci ildən Avropa Şurası yanından məsləhətçi statusuna malikdirlər. 2003-cü ilin Noyabrında beynəlxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu öz növbəsində onların Avropa Şurasının fəaliyyətində mühüm rolunu tanımasından irəli gəldi. Bu status Nazirlər Komitəsinin Qətnaməsi (2003)8 tərəfindən idarə olunur. Bu cür statusa malik olmaq istəyən Beynəlxalq QHT-lər xüsusilə onların sahəsində(sahələrində) təmsil olunmalıdır. Onlar Avropa Şurasının məqsədlərini izləməli və onun fəaliyyətinə öz töhfələrini verməlidirlər. Bu günə kimi, təxminən 370 Beynəlxalq QHT bu cür statusa malikdir. Onlar, ümumi tədbirlər planı haqqında yekun qərar vermək məqsədilə ildə bir dəfə olaraq Avropa Şurası Beynəlxalq QHT-in Konfransını keçirirlər. 

Əlaqələndirmə Komitəsi
Konfrans tərəfindən seçilən Əlaqələndirmə Komitəsi Avropa Şurasının Katibliyi və Beynəlxalq QHT-lər arasında daimi dialoq və əməkdaşlığı təmin etmək məqsədilə mütamadi olaraq iclaslar keçirir. O, Avropa Şurasının siyasi qurumları – Nazirlər Komitəsi, Parlament Assambleyası, Yerli və Regional Hakimiyyətlər Konqresi və İnsan Hüquqları üzrə Kommisar ilə yaxından əlaqə saxlayır.

Qruplaşmalar
İştirakçı statusuna malik beynəlxalq QHT-lər, ildə üç dəfə Parlament Assambleyasının sessiyaları zamanı iclas keçirən on Tematik Qruplaşma (İnsan Hüquqları, Gender Bərabərliyi, Avropa Sosial Xartiyası və Sosial Siyasətlər, Yoxsulluq və Sosial Birlik, Təhsil və Mədəniyyət, Vətəndaş Cəmiyyəti və Avropada Demokratiya, Səhiyyə, Ətraf Mühit, Şəhərlər, Şimal-Cənub Dialoqu və Həmrəylik) təsis edib. Bu Qruplar Təşkialtın fəaliyyətləri haqqında ilkin məlumat alaraq və özlərinin kolletiv nou-xaudan istifadə edərək bu fəaliyyətlərin həyata keçirilməsinə öz töhfələrini verməklə, Avropa Şurasının nümayəndələri ilə mütamadi dialoq aparırlar.

Əməkdaşlığın müxtəlif formaları
Beynəlxalq QHT-lər ilə əməkdaşlıq sadə məsləhət formasında tutmuş, xüsusi layihələr üzr genişmiqyaslı əməkdaşlıq daxil olmaqla müxtəlif forma alır. Beynəlxalq QHT ekspertləri məslətçi qismində müxtəlif layihələrdə iştirak edə bilər, institusional və müvəqqəti əsasda hökumətlərarası komitələrin işinə öz töhfəsini verə bilər, Baş Katib üçün memorandum hazırlaya bilər, Parlament Assambleyasının komitələrinə və Yerli və Regional Hakimiyyətlər Konqresinə yazılı və şifahi bəyanatlar verir və Avropa Şurası tərəfindən təşkil olunan seminar və iclaslarda çıxış edir. İştirakçı statusuna malik Beynəlxalq QHT-lər öz fəaliyyətləri çərçivəsində Avropa Şurasının məqsəd və fəaliyyətləri haqqında məlumatları yayırlar.

2003-cü ilin Noyabrında Beynəlxalq QHT-lərə iştirakçı statusu verilməzdən əlavə, QHT-lərin bütün üzv dövlətlərdə demokratiya və acıq cəmiyyətin gücləndirilməsindəki həlledici rolları və onların Avropa Şurasının fəaliyyət proqramlarına öz konstruktiv töhfəsini verməsini əks etdirən Avropa Şurası və milli QHT-lər arasında əməkdaşlıq sənədi (Qətnamə(2003)9) əlavə olundu.  

www.coe.int/ngo

 

 
Elanlar

Kampaniyalar
Powered By WebStudio.Az