İnsan Hüquqları üzrə Komissar postu 1999-cu ildə yaradlıb.
Komissar üzv dövlətlərdə insan hüquqları üzrə təhsili, biliyin artırılmasını və hörməti təmin edən, o cümlədən Avropa Şurasının normativ vasitələrinə tam və effektiv şəkildə uyğunluğu təmin edən müstəqil qurum qismində fəaliyyət göstərir.
Komissar, Avropa İnsan Hüquqları Məhkəməsi və digər müqavilə əsasında təsis olunan orqanların müxtəllif funksiyalarını yerinə yetirməklə mühüm qarşısı alınma rolunda çıxış edir. Komissar iclas səlahiyyətlərinə malik olmasa da, qanun vericilikdə olan çatışmazlıaqlaır aradan qaldırmaq və təcrübədə insan hüquqlarının pozulmasını qarşısını almaq məqsədilə üzv dövlətlərə məsləhətlər, analizlər və tövsiyələr təqdim edir.
Komissarın fəaliyyət sahəsi həmçinin milli insan hüqualrı üzrə ixtitsaslaşan orqanların fəaliyyətini və onların beynəlxalq təşkilatlar ilə əlaqələrini təmin edir. Komissar hökumətlərdən, milli parlamentlərdən, milli ombudsmanlardan və ya bu sahə ilə məşğul olan orqanalrdan, fərdi şəxslərdən və təşkilatlardan əldə olunan istənilən məlumat əsasında müəyyən tədbirlər görə bilər.
Komissar müəyyən məsələ üzrə Nazirlər Komitəsinə və Parlament Asambleyasına hesabat, tövsiyə və ya qərar ünvanlaya bilər. Bu vəzifəyə ilk olaraq 1999-cu ilin Sentyabrında Parlament Assambleyası tərəfindən seçilən Alvaro Gil-Robles (İspaniya) olmuşdur. Tomas Hammarberq (İsveç) 2005-ci ilin Oktyabrın 5-də bu vəzifəyə təyin olunmuş və 2006-cı ilin Aprelində səlahiyyətlərinin icrasına başlamışdır.
İnternet səhifələri
Avropa İnsan Hüquqları Məhkəməsi
http://www.echr.coe.int/echr
İnsan Hüquqları üzrə Baş Direktorat
http://www.coe.int/T/E/Human_rights
İnsan Hüquqları üzrə Komissar
http://www.coe.int/T/E/Commissioner_H.R