TV SPOT

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728
293031

Xəbər bülleteni

Xəbər bülleteninə abunə olun:

Səsvermə: Sorğu 01

İnternet səhifəsimiz haqqında nə düşünürsünüz?

Nazirlər Komitəsi

image

Nazirlər Komitəsi Avropa Şurasının qərarverici orqanıdır. Nazirlər Komitəsində bütün üzv dövlətlərin xarici işlər nazirləri və onların Strasburqdakı daimi diplomatic nümayəndələri təmsil olunur. Nazirlər Komitəsi həm Avropa problemlərinə milli yanaşmaların bərabər qaydada müzakirə olunduğu hökumət orqanı, həm də bu çağırışlara birgə cavabların tapıldığı forum qismində fəaliyyət göstərir. O, Parlament Assambleyası ilə birgə Avropa Şurasının əsas dəyərlərinin qi\oruyucusu kimi çıxış edir və üzv dövlətlərin öhdəlikləri yerinə yetirməsinə nəzarət edir.

Hökumətlərin səsi

Qərarlar və hərəkət
Nazirlər Komitəsi Şuranın fəaliyyətlərinə dair qərar verir. O, həmçinin Parlament Assambleyasının və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyələri və müxtəlif hökumətlərarası komitələr və xüsusi nazirlərin konfranslardan irəli gələn təkliflər üzrə görüləcək tədbirləri müəyyən edir. O, Avropa Şurasının fəaliyyət proqramını və büdcəsini təsdiq edir.

Dialoq
Nazirlər müdafiə məsələlərindən başqa qarşılıqlı maraq kəsb edən siyasi məsələləri müzakirə edirlər, bura daxildir: Avropa inteqrasiyasının siyasi aspektləri, genişlənən əməkdaşlıq, demokratik institutların qorunması və insan hüquqlarının müdafiəsi, digər sözlə birgə pan-Avropa həlli ni tələb edən bütün problemlər.

Aktiv qurum
Üzv dövlətlərin xarici işlər nazirləri siyasi məsələləri və Avropa əməkadşlığı məsələsini nəzərdən keçirmək və Təşkilatın fəaliyyətlərinə lazimi siyasi impuls vermək mqəsədilə ildə bir dəfə görüşürlər. Onların daimi nümayəndələri (səfirlər) həftədə bir dəfə görüşür, məruzəçi və işçi qruplar qərarlar qəbul olunmamışdan əvvəl müəyyən məsələləri qisa şəkildə müzakirə etmək məqsədilə görüşürlər. 

Hər bir Nazir altı ay müddəti ərzində Komitəyə sədrlik edir. Sədrliyin dəyişməsi isə May və Noyabr aylarında baş verir.

Çeviklik
Layihələr bütün üzv dövlətlər tərəfindən dəstəklənmədikdə, Nazirlər Komitəsi bu layihələri ayrıca müqavilələr əsasında həyata keçirərək, bəzi üzvlərə spesifik sahələrdə birgə fəaliyyət ilə mşğul olmağa imkan yaradır.

Digər tərəfdən, geniş sahələri əhatə edən müqavilələr bəzi və hətta bütün üzv dövlətlərə Təşkilatın daimi strukturunun yardımını verərək, onları üzv olmayan dövlətlər ilə birgə işləməyə imkan verir.

Avropa həlli yolları

Güclü vasitələr
Komitənin qərarları hökumətlərə tövsiyə formasında çatdırılır və ya öz əksini Avropa konvensiya və müqavilələrində tapır ki, həmin müqavilələr qanuni qüvvə daşıyaraq dövlətlər tərəfindən ratifikasiya edilir.
Komitə həmçinin cari siyasi məsələlər üzrə bəyannamə və qətnamələr qəbul edir.

Bu günə kimi 200-dək konvensiya hazırlanıb. Onların əksəriyyəti insan hüquqları ilə bağlı olmaqla yanaşı, Avropanın demokratik, sosial və mədəni birliyinin gücləndirilməsi aspektrləini də əhatə edir. 

Nazirlər Komitəsinin qərarlarının çoxunun qəbul edilməsi üçün üçdə-iki səs çoxluğu tələb olunur, lakin sadə çoxluq prosedur suallarının qəbulu üçün kifayət edir.

Mütəxəssis tərəfindən hazırlanma
Konvensiya və tövsiyələr siyasi maraqları texniki və sektoral amilllərlə razşılaşdıraraq hökumətlərin Avropa Şurası üzrə məsul ekspertləri tərəfindən hazırlanır. Bir çox siyasi təşəbbüslər həmçinin xüsusiləşmiş nazirlərin mütamadi konfranslarında müzakirə edilir.

Demokratiya və həmrəylik
Avropa Şurası yeni üzv dövlətlərini Avropa Şurası təcrübəsi ilə tanış etmək məqsədilə əməkdaşlıq və yardım proqramlarına malikdir. Bu proqramlar Şurada hökumətlərarası əməkdaşlıq nəticəsində əsasında hazırlanır – istinad sənədləri, ekspertlər şəbəkəsi və əməkdaşlıq strukturları. Proqramların məqsədi bu ölkələrdəki demokratik islahatları dətəkləmək, gücləndirmək və icrasını sürətləndirməklə, bu ölkələri başda Avropa Şurası olmaqla Avropa əməkfaşlıq proses və qurumlarına tədricən inteqrasiya etməkdir. Əminliyin Qurulması Tədbirləri Proqramı qarşılıqlı biliyi və çoxluq və azlıq icmaları arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə vətəndaşların sosial yönümlü təşəbbüslərini dəstəkləyir.

Dəyərlərin qoruyucusu

Nizamnaməyə riayət
Dövlətlər Avropa Şurasına üzv olarkən üzərilərinə hüquqi normalar və əhalisinin əsas insan hüquqları və azadlıqlarına qorumağa dair prinsipləri qəbul etməyi götürürlər. Dövlətlər həmçinin birliyi təmin etmək və iqtisadi və sosial inkişafa nail olmaq məqsədilə öz aralarında qarşılıqlı semimiyyet əsasında əməkdaşlıq etməlidirlər. Hər bir dövlət öhdəliklərə riayət etməli, Nazirlər Komitəsi isə öz növbəsində öhədliklərin yerinə yetirilməsinə nəzarət etməlidir.

Əgər hər hansı bir üzv dövlət Nizamnamədə öz əksini tapan öhdəliklərədn birini pozursa, Nazirlər Komitəsi həmin dövlətin təmsil olunmaq hüququnu dayandıra bilər və dövləti üzvlükdən çıxmağa çağırmaqla onun üzvlüyünü dayandıra bilər.

Konvensiyaların yerinə yetirilməsi
Nazirlər Komitəsi həmçinin üzv dövlətlər arasındakı konvensiya və müqavilələrin yerinə yetirilməsini təmin edir. Bu mexanizm əsasən insan hüquqları ilə bağlı sənədlərə aid edilir ki, bu sənədlər öz növbələrində özlərinin nəzarət sisteminə malikdirlər (İnsan Hüqualrı üzrə Avropa Konvensiyası, Dəyişikliyə məruz qalmış Avropa Sosial Xartiyası, İşgəncənin Qarşısının Alınması üzrə Avropa konvensiyası, Mill Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası).

Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Konvensiyası ilə bağlı öhdəlikləri konvensiyanın mühümlülüyünü əks etdirir; Konvensiya Avropa insan hüquqlarının müdafiə sisteminin əsasını təşkil edir. Nazirlər Komitəsi üzv dövlətlər tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarlarının yerinə yetirilməsinə nəzarət etməklə, dünyada presedent olmadan sistemin qorunmasında böyük rol oynayır.  
Öhdəliklərin yerinə yetirilməsi
Nazirlər Komitəsi dialoqu və müsbətyönlü inkişafa imkan yaradan siyasi və maddi şərtlərin tədricən yaradılmasını vurğulamaqla, Berlin Divarının sökülməsindən sonra Avropa Şurasının genişlənməsini idarə edən siyasətə uyğun olaraq öz səlahiyyətlərini qərəzsiz və konstruktiv ruhda yerinə yetirib. Komitə bu günə kimi bütün üzv dövlətlərin öhdəlikləri yerinə yetirməsini təmin edən monitorinq sisteminə malidkir.  Komitə üzv dövlətləri Təşkilatın əsas dəyərlərini mənimsəmək üçün şərtlər və mənbələr təklif edir.

Avropa Şurasının genişlənməsi Nazirlər Komitəsinin işinin təşkilində və rolunda bir sıra dəyişikliklərə gətirib çıxararaq, onun işinin siyasi aspektini genişləndirdi.

Dialoq və qarşılıqlı asılılıq
Avropa Şurası həm milli həm də yerli səviyyədə Avropada seçilmiş nümayəndələr ilə dialoqu inkişaf etdirib və öz siyasi müzakirələrini Təşkilat yanında müşahidəçi statusuna malik (ABŞ, Vatikan, kanada, Yaponiya, Meksika) Avropa Şurasına üzv olmayan dövlətlər ilə də aparır. Komitə, xüsusilə Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi Avropa təşkilatları və BMT ilə əlaqələrini inkişaf etdirib.  

Dövlət və Hökumət Başçılarının Sammiti
Avropa Şurası bu günə kimi üzv dövlətlərin Dövlət və Hökumət Başçılarının Üç Sammitini keçirib. İlk sammit kommunimzin dağılması və mərkəzi və Şərqi Avropada yeni demokratiyaalrın inkişafı dövrünə təsadüf etdi və 1993-cü ildə Vyanada ilk belə Sammit keçirildi. Sammit Avropa Şurasının açıq qapı və genişlənmə siyasətini təsdiq etdi və Avropa İnsan Hüquqları Konvensiyasının daha effektiv etmək məqsədilə islahat proqramını irəli sürüb. İkinci Sammit 1997-ci ildə Strasburqda keçirildi. Sammitin əsas mqəsədi insan hüquqlarının müdafiəsi sisteminə yeni qüvvə vermək idi. Sammit həmçinin Avropa Şurasının İnsan Hüquqları üzrə Kommisarını təyin etməyə qərara alıb.

Varşava Sammiti – məqsədlərimizin yeniləşməsi və dəqiqləşməsi
Avropa Şurası Dövlət və Hökumət Başçılarının 3-cü Sammiti 2005-ci ilin May ayında Varşavada keçirildi. 46 üzv dövlətin liderləri Avropanın birliyini qeyd etdilər və həmçinin bəyannamə və fəaliyyət planı qəbul etməklə Təşkilatın prioritetlərinə dair razılığı gəldilər. 

Əsas məqsədlər:
- İnsan hüquqları, demokratiya və qanun aliliyini qorumaq və təmin etmək mqəsədilə Təşkialtın əsas missiyasını gücləndirmək;
- hökumətlərarası, parlamentlərarası və regional/yerli səviyyələrdə pan-Avropa siyasi dialoqunun gücləndirilməsi;
- Avropa İnsan Hüquqları Məhkəməsinin islahatlarını həyata keçirməklə qərar qəbuletmə prosesini surətləndirmək və onun uzun müddət ərzində effektivliyini təmin etmək;
- Sosial birlik, mədəniyyətlərarası dialoq və demokratik vətəndaşlığa yönələn Avropa Şurası tədbirlərinin gücləndirilməsi;
- Avropa İttifaqı, ATƏT və BMT ilə əməkdaşlığın inkişaf etdirmək.

Avropa boyu tədbirlər
Avropa Şurası cari ildə aşağıda qeyd olunan kampaniyaları həyata keçirməyi nəzərdə tutub:
-  Uşaqlar və Zorakılıq : Uşaqlar ilə və uşaqlar üçün Avropanın qurulması;
- İnsan Alverinə qarşı Tədbir;
-  “Hami fəqrli – Hamı bərabər” Müxtələflik, İnsan Hüquqları və İştirak üzrə Avropa Gənclər Kampaniyası
-   Ev şəraitində zorakılıq halları daxil olmaqla, qadınlara qarşı zorakılığa qarşı Mübarizə.

 

 
Elanlar

Kampaniyalar
Powered By WebStudio.Az